Baş Anbardar (Zirə)
Опубликовано 14 ч. назад Источник ↗
Категория Логистика
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Təcili olaraq aşağıdakı şərtlər üzrə “ Baş Anbardar” (Zirə) tələb olunur.
İş şəraiti
- İş yeri: Bakı, Zirə qəsəbəsi (Zirə, Qala, Maştağa, Binə qəsəbəsində yaşayanlara üstünlük verilir)
- İş saatı: Həftədə 6 gün həftəlik 40 saat olmaqla
- Əmək haqqı: 1000-1500 Azn NET
Vəzifə öhdəlikləri
- Yüklərin anbara qəbulu, saxlanması və oradan təhvil verilməsini təmin edir;
- Yükü idxal anbarına qəbul etdikdən sonra müvafiq qeydiyyat aparmaqla şəxsi ştamp vasitəsilə yükün qəbulunu təsdiqləyir;
- Transfer yükün qəbulu və təhvili zamanı hər bir yerin qablaşdırılmasının, plomb və möhürünün vəziyyətini, markalanmanın düzgünlüyünü yoxlayır;
- Qəbul edilən qiymətlilərin onlara qoşma sənədlərə uyğunluğunu yoxlayır və Logo sisteminə işlənməsini təmin edir;
- Anbarda olan yüklərin siyahısını tərtib edir;
- Yüklərin anbara qəbul edərkən, yüklərin faktiki miqdarının (yer sayının), eləcə də qablaşdırılmanın vəziyyətini yoxlanmaqla yerlərin çəkisinin dəqiqləşdirir, markalanmanın düzgünlüyünü yoxlayır;
- Yüklərin xüsusiyyətindən asılı olaraq növləri, keyfiyyəti, təyinatı və digər əlamətləri üzrə bölüşdürülməklə, anbarda əl və ya alətlər, xüsusi mexanizmlər vasitəsi ilə saxlanılma yerlərində düzgün yerləşdirilməni təşkil edir;
- Sənədlərində heç bir çatışmazlıq faktı olmayan yükü göndərilmə anbarına qəbul edir və anbarda yüklərin qabaqcadan reyslər və istiqamət üzrə komplektləşdirilməsini təşkil edir;
- Anbardan sahəhələrə və məsul şəxslərə verilən əsas vəsaitlərin, azqiymətlilərin və s. materialların uçotunu aparır;
- Vaxtaşırı sahədə və məsul şəxslərdə olan material qiymətlilərinin vəziyyəti barədə məlumatlar və hesabat sənədləşdirməsini aparır;
- Nasaz alətlər, cihazlar və s. üçün qüsur cədvəllərini, onların təmiri, silinməsi, eləcə də materialların çatışmazlığı və korlanması barədə aktları tərtib edir;
- Zəruri hallarda – yüklərin sənədləşməsində çatışmazlıq, yer və çəki çatışmazlığı, qablaşdırılmanın zədələnməsi (pozulması) və yükün xarab olması hallarında yük nasazlığı haqqında akt tərtib edilməsində iştirak edir;
- Rəhbərlik tərəfindən vəzifə öhdəlikləri ilə bağlı digər tapşırıqları yerinə yetirir.
Təhsil və iş təcrübəsi
- Ali təhsil;
- Minimum 3 il anbardar vəzifəsi üzrə təcrübə.
Bacarıq və səriştələr
- Logo Tiger üzrə işləyə bilmə bacarığı;
- Ms. Office programları, Excell yaxşı səviyyədə.
- Komandada işləmək bacarığı;
- Məsuliyyətlilik;
Təminatlar
- Koroğlu metrosundan iş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar təmin edilir.
Bilməlidir
- Anbar ehtiyatları və təhlükəli malların təşkili, saxlanması ilə əlaqədar risklər, nəzarət tədbirləri;
- İstismar ilə əlaqədar müəssisənin siyasət və prosedurları haqqında məlumat, o cümlədən: ehtiyatların saxlanması, etiket vurma ilə əlaqədar müəssisənin siyasəti, məhsulun keyfiyyət standartları, qablaşdırılmış malların açılması, köhnə, çatışmayan və zədəli ehtiyatlar, istifadə olunan avadanlıqlar, ehtiyatların yerləşdirilməsi, tullantıların təmizlənməsi, ehtiyatların qeydiyyatı üzrə sənədlər, sənədlərin göndərilməsi.
Xahiş olunur tələblərə tam uyğun olan namizədlər müraciət etsin.
Zəhmət olmasa CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt göndərin.
CV-ləri göndərərkən başlıq yerinə “Baş anbardar (zirə qəsəbəsi)” qeyd etməyi unutmayın.
BA 
Buta Agro
Buta Agroya, Azərbaycanda premium dərəcəli istixana pomidorlarının, kartofun, soğanın və sarımsağın ən böyük istehsalçılarından birinə, xoş gəlmisiniz. Bizim şirkətlərimizdən biri, "Aztomato"…