A
- Категория
- Сельское хозяйство
О должности
“A+CO” ASC şirkəti “Baş baytar” vəzifəsi üzrə işçi axtarışı elan edir.
Vəzifə öhdəlikləri:
- İcraçı Direktora müntəzəm fəaliyyət hesabatları təqdim etmək və baytarlıq fəaliyyəti ilə bağlı məlumatlandırmanı təmin etmək;
- Müəssisənin bütün təsərrüfatlarında iribuynuzlu heyvanların sağlamlıq vəziyyətinin, baytarlıq xidmətlərinin və heyvanların idarə olunmasının təşkilinə və nəzarətinə rəhbərlik etmək;
- Sürünün sağlamlığının qorunması, məhsuldarlığın artırılması və sağlamlaşdırılması məqsədilə müalicə, profilaktika, vaksinasiya, reproduksiya, dırnaq baxımı və digər baytarlıq proqramlarını hazırlamaq, icrasını təşkil etmək və nəzarətdə saxlamaq;
- İllik epizootik tədbirlər planını, vaksinasiya qrafiklərini və digər baytarlıq fəaliyyət planlarını hazırlamaq və icrasını təmin etmək;
- Baytarlıq bölməsinin fəaliyyətini, iş bölgüsünü və iş qrafiklərini planlaşdırmaq, baytar həkimlərin fəaliyyətinə metodiki rəhbərlik etmək;
- Heyvanlara gündəlik nəzarəti təşkil etmək, xəstə heyvanların diaqnostikası, müalicəsi və profilaktik tədbirləri üzrə qərarlar qəbul etmək və icrasına nəzarət etmək;
- Riskli doğuşlar və reproduktiv problemlər zamanı müvafiq tədbirlərin həyata keçirilməsini təmin etmək;
- Heyvan ölümləri, xəstəlik halları və digər itkilərin səbəblərini araşdırmaq, zərurət yarandıqda patoloji yarma aparmaq, laborator müayinələri təşkil etmək və nəticələr üzrə tədbirlər planı hazırlamaq;
- Baytarlıq fəaliyyətinə aid bütün qeydiyyat, uçot və sənədləşmənin düzgün aparılmasını, məlumatların müvafiq informasiya sistemlərinə daxil edilməsini və hesabatlılığını təmin etmək;
- Dərman vasitələri, vaksinlər və digər baytarlıq ləvazimatlarına olan tələbatı müəyyən etmək, ehtiyac planlamasını həyata keçirmək və satınalma üzrə təkliflər vermək;
- Baytarlıq fəaliyyəti üzrə dövri statistik, əməliyyat və dövlət hesabatlarını hazırlamaq və aidiyyəti qurumlara təqdim etmək;
- Dövlət baytarlıq orqanlarının tələblərinə uyğun olaraq karantin, epizootik nəzarət və digər məcburi tədbirlərin həyata keçirilməsində iştirak etmək;
- Əmək mühafizəsi, texniki təhlükəsizlik və sanitar-gigiyenik qaydalara riayət etmək;
- Rəhbərlik tərəfindən verilən digər xidməti tapşırıqları yerinə yetirmək.
Tələblər:
- Ali təhsil (Baytarlıq sahəsi üzrə);
- Baytarlıq üzrə ən azı 5 il iş təcrübəsi;
- Komanda ilə işləmək bacarığı, dəqiqlik, məsuliyyətlilik;
- Dil bilikləri: Azərbaycan dili sərbəst.
İş şəraiti:
- İş yeri: Saatlı rayonu;
- Yaşayış yeri ilə təmin edilir;
- Nahar, korporativ nömrə və yaşayış yeri şirkət tərəfindən təmin olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Baş baytar” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.