NW North WestNorth West

Baş Konstruktor

Опубликовано 21 ч. назад Источник
Инжиниринг
Ежемесячная зарплата
Зарплата по договорённости
Срок подачи
8 avqust 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Vəzifə Öhdəliklər

  • Binaların və qurğuların daşıyıcı konstruksiyalarının (təməl, karkas, döşəmə, dam örtüyü) layihələndirilməsinə rəhbərlik etmək və layihələri təsdiqləmək.
  • Daş karkas, dəmir-beton, metal və taxta konstruksiyaların statik və dinamik (seysmik) hesablamalarının aparılması və yoxlanılmasını həyata keçirmək.
  • Geoloji tədqiqatlarının nəticələrinə əsasən özül ( təməl ) növünün seçilməsi və texniki həllərinin hazırlanması.
  • Mürəkkəb və xüsusi təyinatlı obyektlər üçün fərdi konstruktiv həllərin işlənib hazırlanması.
  • Digər bölmələrlə (memarlıq, elektrik, su-kanalizasiya, mexanika) konstruktiv həllərin koordinasiyasını həyata keçirmək.
  • Layihələrin SNiP, SP, AzDTN və digər müvafiq normativ sənədlərə uyğun hazırlanmasına nəzarət etmək.
  • Dövlət qurumları və sifarişçilərlə layihələrin razılaşdırılması prosesində iştirak etmək.
  • Tikinti mərhələsində layihənin müəllif nəzarətini həyata keçirmək, materialların və icra keyfiyyətinin layihəyə uyğunluğunu yoxlamaq.
  • Komanda üzvlərinin işinə texniki rəhbərlik etmək, layihə sənədlərinin yekun keyfiyyətinə cavabdeh olmaq.

Tələblər

  • AutoCAD və REVİT proqramlarında sərbəst işləmə bacarığı; konstruktiv hesablamalar üçün SAP2000, ETABS, LİRA SAPR, Tekla Structures və digər bənzər proqramlarla iş təcrübəsi.
  • Texniki sənədlərin hazırlanması üçün Word və Excel proqramlarını bilmək.
  • Daş karkas, dəmir-beton, metal konstruksiyaların hesablanması və layihələndirilməsi üzrə dərin bilik.
  • SNiP, SP, AzDTN və digər normativ bazaya yüksək səviyyədə bələdlik.
  • Komanda idarəetmə, koordinasiya və layihə nəzarəti bacarıqları.
  • Azərbaycan və rus dillərində texniki sənədləşmə ilə işləmə bacarığı.
  • İnşaat mühəndisliyi (bina və qurğuların tikintisi) üzrə ali texniki təhsil.
  • Sahə üzrə minimum 7 il layihələndirmə təcrübəsi, həmçinin mürəkkəb və xüsusi təyinatlı obyektlərdə layihələndirmə təcrübəsi.
  • Yaşayış binaları, məktəb və bağçalar, sənaye obyektləri, hərbi və strateji obyektlər üzrə layihə təcrübəsi olanlara üstünlük verilir.

Muraciətinizi [email protected] və ya [email protected] elektron poçt ünvanlarına  “Baş konstruktor” başlığı ilə göndərməklə edə bilərsiniz.

Эта вакансия есть и на других сайтах
Ishly собирает весь рынок в одном месте — не нужно проверять каждый сайт отдельно.
NW North West
North West
Tikinti

Şirkət tikinti sektorunda uğurla fəaliyyət göstərir. Hal-hazırda həyata keçirilən layihələr: “Port Baku Tovers 2”, “Bravo Supermarketlər” və “Azərsu Çirkab Suların Texniki qurğuları”. Birgə fəaliyyət…

Похожие вакансии

Смотреть все