A Azersun HoldingAzersun Holding

Baş mexanik

Bakı Опубликовано 1 ч. назад Источник
Полная занятость 3–5 лет Инжиниринг
Ежемесячная зарплата
Зарплата по договорённости
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Vakansiyanın təsviri

  • İstehsalat avadanlıqlarının, maşın və mexaniki sistemlərin fasiləsiz, təhlükəsiz və səmərəli fəaliyyətini təmin etmək;
  • Avadanlıqların profilaktik, planlı və qəza təmirlərini təşkil etmək, icrasına nəzarət etmək və təkmilləşdirmə tədbirləri hazırlamaq;
  • Yeni istehsal xətlərinin, avadanlıqların və texnoloji sistemlərin layihələndirilməsi, quraşdırılması, montajı, demontajı və istismara verilməsi proseslərində iştirak etmək;
  • Avadanlıqların texniki istismar təlimatlarına uyğun işlədilməsinə, sınaqların aparılmasına və texniki baxım planlarının hazırlanaraq icrasına nəzarət etmək;
  • Təmir edilə bilən ehtiyat hissələrinin və texniki ləvazimatların bərpasını təşkil etmək və resurslardan səmərəli istifadəyə nəzarət etmək;
  • İstehsalat proseslərini təhlil edərək avadanlıqların məhsuldarlığını artıracaq, xərcləri azaldacaq və etibarlılığı yüksəldəcək texniki həllər və innovativ təkliflər hazırlamaq;
  • Avadanlıqlarda baş verən nasazlıqların kök səbəb analizini aparmaq, düzəldici və profilaktik tədbirlərin hazırlanmasını və icrasını təmin etmək;
  • Ehtiyat hissələri və texniki materialların istifadə müddətini izləmək, texniki kartları hazırlamaq, sifariş prosesini koordinasiya etmək və stok səviyyəsinə nəzarət etmək;
  • İstehsal planına uyğun olaraq texniki heyətin işini planlaşdırmaq, koordinasiya etmək, təlimatlandırmaq və fəaliyyətinə nəzarət etmək;

Xüsusi tələblər

  • Mexanika Mühəndisliyi, Maşınqayırma, Sənaye Mühəndisliyi və ya müvafiq texniki ixtisas üzrə ali təhsil;
  • İstehsalat müəssisələrində mexaniki xidmət və ya texniki istismar sahəsində minimum 3-5 il iş təcrübəsi;
  • İstehsalat avadanlıqlarının texniki istismarı, profilaktik və bərpaedici baxım sistemləri üzrə biliklər;
  • TPM (Total Productive Maintenance), Preventive Maintenance və Root Cause Analysis metodologiyaları üzrə biliklər üstünlükdür;
  • SAP PM və ya digər ERP/CMMS proqramları ilə işləmə təcrübəsi üstünlükdür;
  • Mexaniki sistemlər, pnevmatik, hidravlik ötürücülər və sənaye avadanlıqları üzrə dərin texniki bilik;
  • Texniki çertyoj və sxemləri oxuma və təhlil etmə bacarığı;
  • MS Office proqramlarında sərbəst işləmə bacarığı;
  • Analitik düşünmə, problem həll etmə və nəticəyönümlü işləmə bacarığı;

Müraciət etmək üçün: [email protected]
A Azersun Holding
Azersun Holding
Emal sənayesi

1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətidir. Qida sektorunda…

Похожие вакансии

Смотреть все