M
Miras

Baş mühasib

Опубликовано 1 дн. назад Источник: jobsearch.az ↗
Ежемесячная зарплата
Зарплата по договорённости
Откликнуться
Категория
Финансы

О должности

Gəncə şəhərində fəaliyyət göstərmək üçün peşəkar və təcrübəli Baş Mühasib axtarışındayıq.

Əsas vəzifə öhdəlikləri:

  • Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun təşkili və aparılması;
  • Vergi, maliyyə və statistik hesabatların hazırlanması və aidiyyəti qurumlara təqdim edilməsi;
  • Vergi qanunvericiliyinin tələblərinə uyğun uçotun aparılmasına nəzarət;
  • Debitor və kreditor borclarının uçotunun və üzləşmələrin aparılması;
  • Bank əməliyyatlarının, ödənişlərin və hesablaşmaların icrasına nəzarət;
  • Əməkhaqqı, məzuniyyət və digər ödənişlərin hesablanmasına nəzarət;
  • Daxili və xarici audit yoxlamaları zamanı zəruri məlumatların hazırlanması;
  • Rəhbərliyə maliyyə hesabatlarının və analitik məlumatların təqdim edilməsi.

Tələblər:

  • Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil;
  • İstehsal sahəsində minimum 5 il Baş Mühasib və ya analoji vəzifədə iş təcrübəsi;
  • 1C proqramında sərbəst işləmək bacarığı;
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsi və mühasibat uçotu üzrə normativ aktlar barədə dərin biliklər;
  • PMS sertifikatı 
  • ACCA üzrə hər hansı sertifikatın olması üstünlükdür;
  • Rus dili biliyi arzuolunandır;
  • Gəncə şəhərində yaşaması mütləqdir.

Şəxsi keyfiyyətlər:

  • Analitik düşüncə;
  • Yüksək məsuliyyətlilik;
  • Liderlik və komanda idarəetmə bacarığı;
  • Dəqiqlik və operativlik.

Tələblərə cavab verən namizədlər CV-lərini mövzu hissəsində “Baş Mühasib (Gəncə)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Похожие вакансии

: