CCN İnşaat Baş Mühasib / Vergi Mütəxəssisi
О должности
CCN İnşaat komandamıza peşəkar və məsuliyyətli Baş Mühasib və Vergi Mütəxəssisi axtarır.
İşin təsviri
Mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə və şirkətin daxili prosedurlarına uyğun aparılması;
Maliyyə, mühasibat və vergi uçotunun tam və düzgün təşkili;
Vergi, DSMF, statistika və digər dövlət orqanlarına hesabatların vaxtında hazırlanması və təqdim edilməsi;
ƏDV, mənfəət vergisi, gəlir vergisi, ödəmə mənbəyində vergi və digər vergi öhdəliklərinin hesablanması və nəzarətdə saxlanılması;
Vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi;
E-qaimə, elektron vergi hesab-fakturaları və digər elektron sistemlərlə işləmək;
Bank, kassa və ödəniş əməliyyatlarının icrası və uçotunun aparılması;
Debitor və kreditor borclarına nəzarət, üzləşmə aktlarının hazırlanması;
Əmək haqqı, məzuniyyət, ezamiyyət, xəstəlik vərəqələri və digər ödənişlərin hesablanması;
Əsas vəsaitlərin, mal-material ehtiyatlarının və digər aktivlərin uçotunun aparılması;
Müqavilələrin vergi və maliyyə baxımından təhlil edilməsi;
Vergi yoxlamaları və müstəqil audit proseslərində şirkətin təmsil olunması;
Rəhbərlik üçün aylıq maliyyə və idarəetmə hesabatlarının hazırlanması;
Mühasibat sənədlərinin düzgün arxivləşdirilməsi və saxlanılması;
Qanunvericilikdə baş verən dəyişikliklərin izlənilməsi və fəaliyyətə tətbiq edilməsi.
Vəzifə üzrə tələblər
Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil;
Baş mühasib, vergi mütəxəssisi və ya analoji vəzifədə minimum 5 il iş təcrübəsi;
Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi və mühasibat uçotu üzrə qanunvericiliyini mükəmməl bilmək;
Vergi hesabatları və dövlət elektron portalları ilə işləmək bacarığı;
1C, BTP, e-Taxes, e-Gov, e-Qaimə və MS Office proqramlarında sərbəst işləmək bacarığı;
Vergi hesablamaları, əmək haqqı və maliyyə hesabatları üzrə praktiki təcrübə;
Analitik düşünmə, yüksək məsuliyyət və dəqiqlik;
Komandada işləmək və vaxtın effektiv idarə olunması bacarığı;
Tikinti sektorunda iş təcrübəsi üstünlük hesab olunur.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Baş Mühasib və Vergi Mütəxəssisi” qeyd etməklə [email protected] və [email protected] elektron poçt ünvanlarına göndərə bilərlər.
