Baş mütəxəssis / Dağ-mədən və emal sahələrinin idarəedilməsi şöbəsi
Режим работы Полная занятость Опыт 1–3 года Категория Инжиниринг
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Vakansiyanın təsviri
- Maliyyə və əməliyyat göstəricilərinin təhlili, xərclərin monitorinqi və optimallaşdırılması üzrə təkliflər hazırlamaq;
- Biznes proseslərinin təhlili və təkmilləşdirilməsi məqsədilə mövcud prosesləri tətbiq etmək;
- ERP, SCADA, DCS və digər informasiya sistemlərindən əldə olunan məlumatların təhlilində iştirak etmək;
- Müəssisədaxili hesabatları hazırlamaq, məlumat bazalarını idarə etmək, analitik göstəricilər əsasında hesabatlar hazırlamaq, təhlil etmək və onları izləmək;
- İstehsalat proseslərinin texnoloji parametrlərinə nəzarət etmək, onların optimallaşdırılması üçün təhlillər aparmaq və təkliflər vermək;
- Sektorun iş planlarının və hesabatlarının hazırlanmasında, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində iştirak etmək;
- Cəmiyyətin sifarişi əsasında fəaliyyət göstərən təşkilatlar ilə sağlam əlaqələrin qurulmasında iştirak etmək və bu istiqamətdə təkliflər vermək.
Xüsusi tələblər
- Azərbaycan dili səlis, İngilis dili və Rus dilini yaxşı səviyyədə bilməli;
- MS Office proqramları üzrə yaxşı səviyyədə işləmək bacarığı;
- Analitik platformalar, Maliyyə və statistik təhlil üzrə biliklər üstünlükdür.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Ali təhsil (Xüsusilə Data Analitika sahəsi üzrə olmaqla, Biznesin idarəedilməsi, İqtisadiyyat, Maliyyə, Sənaye mühəndisliyi, Proses mühəndisliyi, İnformasiya texnologiyaları və ya digər uyğun ixtisaslar üzrə);
- Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi.
İş qrafiki
- Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün. Nahar vaxtı 13:00-dan 14:00-dəkdir
Əmək haqqı və əlavə imtiyazlar:
- Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
- Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
- Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
- Nəqliyyat xidməti.
- Rəqabətli mükafatlandırma sistemi.
AzerGold