SD SWISS DENTSWISS DENT

Baş tibb bacısı (Bakı, Sumqayıt)

Опубликовано 6 ч. назад Источник
Здравоохранение
Ежемесячная зарплата
Зарплата по договорённости
Срок подачи
9 avqust 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

İş barədə:

  • Bölmənin işinin təşkili və idarə edilməsi

  • Tabeliyindəki işçi heyətinin işinə nəzarət, təlimləndirilməsi və fəaliyyətinin qiymətləndirilməsi

  • Tibbi otaqların müayinəyə/müalicəyə hazırlanmasının təşkili və təmini

  • Sterilizasiya işinin idarə olunması

  • Klinika, o cümlədən ümumi inzibati binanın təmizliyini təmini, işin təşkili

  • Tibbi anbarın nəzarətdə saxlanılması; mal qəbulu/çıxışının uçotu, protokola uyğun saxlanılması, sərfiyyata nəzarət, inventarizasiyada iştirak

  • İşi ilə bağlı müvafiq periodik hesabatların hazırlanması

  • Fəaliyyətinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələrin icrası

  • İş rejimi: həftənin 6 günlük

  • Rəqabətə dayanan əmək haqqı və dövrü performans göstəricilərinə uyğun mükafat

Namizədə tələblər:

  • Sahə üzrə minimum orta ixtisas təhsili

  • Əlaqədar sahədə minimum 3 il iş təcrübəsi

  • Səhiyyə sisteminin fəaliyyətini tənzimləyən əlaqədar qanunvericiliyin əsasları haqqında bilik

  • Əməyin təşkilində orta və kiçik tibb heyətinin düzgün yerləşdirilməsi qaydalarını bilmək

  • Epidemiya əleyhinə tədbirlərin aparılması prinsiplərini, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydaları haqqında anlayış

  • Azərbaycan dilində səlis nitq qabiliyyəti, Rus dili üstünlükdür

  • MS Office proqramlarında sərbəst işləmə bacarığı

  • İdarəetmə, komandada işləmə bacarığı

Tələblərə uyğun şəxslər CV-lərini [email protected] e-ünvanına və ya 0554508890 vatsap vasitəsi ilə göndərə bilər, və ya CV doldurmaq üçün həftənin I-VI günləri saat 09:00-19:00 Bakı şəhəri, Abbas Mirzə Şərifzadə küçəsi 34 ünvanında yerləşən Swissdent klinikasının ofisinə müraciət edə bilərlər.

Похожие вакансии

Смотреть все
Позвонить