ZP
Zeytun Pharmaceuticals

Bazar araşdırması üzrə mütəxəssis (Analitik)

Опубликовано 19 ч. назад Источник: jobsearch.az ↗
Ежемесячная зарплата
Зарплата по договорённости
Категория
Здравоохранение

О должности

Vəzifə öhdəlikləri:

  • Təyin edilmiş marketinq araşdırması layihəsinin məqsədlərinin və bu məqsədlərə çatmaq üçün istifadə ediləcək ən yaxşı üsulların müəyyən edilməsi;
  • İlkin (Primary Research) və ikincili (Secondary Research) məlumat mnbələrindən istifadə edərək bazarın ümumi tutumunun, seqmentlərinin və paylarının analizi;
  • Sahə üzrə dövrü hesabatların( məsələn: IQVIA, rəsmi statistika hesabatları və s.) və mikroiqtisadi göstəricilərin analizi;
  • Analiz nəticələrinin rəhbərliyə rahat və anlaşıqlı formada təqdim edilməsi üçün məlumatların vizuallaşdırılması;
  • Anketlər, sorğular və digər məlumat toplama resurslarının hazırlanması;
  • Məhsul və xidmətlərin rəqabətə davamlılığı, bazarın inkişaf trendləri istiqamətində strateji təhlillərin aparılması;
  • Cari məhsul bazarı, müştəri demoqrafiyası, məhsul tələbinə təsir edən amillərlə bağlı məlumatların araşdırılması; mövcud məhsulların satışını və bazara nüfuzunu artırmaq üçün müvafiq tövsiyələr verilməsi;
  • Digər bazar iştirakçılarının fəaliyyət (qiymət, satış və marketinq metodologiyası) ilə bağlı məlumatların dövri olaraq toplanıb təhlil edilməsi;
  • Toplanmış məlumatlar əsasında marketinq və satış meyllərinin proqnozlaşdırılması və izlənməsi;
  • Rəhbərliyə nəticələr üzrə hesabatlar və təqdimatların təqdim edilməsi.

Tələblər:

  • Ali təhsil (Marketinq, Statistika üzrə təhsil arzu olunandır);
  • Müvafiq sahə üzrə iş təcrübəsi – 1 ildən;
  • Səlis Azərbaycan dili biliyi, Rus ,ingilis dili biliyi üstünlükdür;
  • Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook);
  • SPSS, SAS, Excel kimi analitika alətlərində işləmək bacarığı,Power BI,Tableu və ya bənzər məlumat vizuallaşdırılması alətləri ilə işləmək üstünlükdür.
  • Araşdırma və tədqiqat bacarıqları;
  • Statistikada nümunələri qeyd etmək bacarığı;
  • Təşkilati və təqdimat bacarıqları;
  • Analitik düşünmə qabiliyyəti;
  • Ünsiyyət və komandada işləmək bacarığı;
  • İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.

İş şəraiti:

  •  İş yeri - BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı, Zərifə Əliyeva küç., 93);
  • Tibbi sığorta və nahar;
  • Peşəkar təlim və inkişaf imkanları;
  • Karyera yüksəlişi üçün şəffaf və dəstəkləyici mühit;

Qeyd olunmuş tələblərə cavab verən şəxlər CV-ni “mövzu” hissədə Ofis Meneceri qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

Похожие вакансии

: