SOC Sinteks Group of CompaniesSinteks Group of Companies

Biznesin İnkişafı üzrə Mütəxəssis

Опубликовано 20 ч. назад Источник
HR
Ежемесячная зарплата
Зарплата по договорённости
Срок подачи
9 avqust 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

İş Yeri: Sinteks LLC

Lokasiya: Bakı, Azərbaycan 

Vəzifənin təsviri

  • Bu vəzifənin rolu tərəfdaşlarla ilkin ünsiyyəti qurmaq, kommersiya şərtlərini müzakirə etmək və müqavilələrin tamamlanmasına kimi olan bütün prosesləri icra etməkdir.

Öhdəliklər:

  • Verilən qrafik və prioritet əsasında layihələri planlaşdırır, tərəfdaşlarla ilkin ünsiyyət qurur və bu prosesi koordinasiya edir.
  • Yeni imkanların təhlil edir, layihələrə dair iqtisadi və bazar araşdırmasını aparır.
  • Şirkətin mövcud biznesinin dəstək olunması və effektiv işgüzar ünsiyyəti saxlanılmasını təmin edir.

Məsuliyyət sahəsi:

  • Biznesin inkişafı
  • Biznes kommunikasiya
  • Layihənin idarə olunması
  • Müqavilələrin idarə olunması

Tələblər

Professional biliklər:

  • Bazar araşdırması, maliyyə proqnozlaşdırması, müqavilə/kommersiya şərtləri, layihə və biznes idarəetməsi üzrə praktiki biliklər. Bu tələb CV-də bazar araşdırması, texniki-iqtisadi əsaslandırma, maliyyə proqnozu, müqavilə şərtlərinin müzakirəsi, tərəfdaş danışıqları və/və ya biznes layihələrinin koordinasiyası üzrə iş təcrübəsi göstərildikdə qarşılanmış hesab edilir.
  • MS Office, xüsusilə Excel və PowerPoint proqramlarından istifadə, hesabat, təqdimat, maliyyə proqnozu və/və ya biznes-keyslərlə işləmək bacarığı.
  • İngilis dili biliyi: B1 (intermediate) və daha yüksək səviyyə, Rus dili arzuolunandır.

Təhsil:

  • Ali təhsil (İqtisadiyyat, biznesin idarə edilməsi, layihə idarəetməsi və ya əlaqəli sahə üzrə arzuolunandır).

İş təcrübəsi:

  • Biznesin inkişafı, kommersiya layihələri, bazar araşdırması, tərəfdaşlıq, yeni satış kanalları, biznes portfelinin genişləndirilməsi və/və ya biznes layihələrinin idarə edilməsi üzrə ən azı 1 il iş təcrübəsi.

Professional bacarıq və kompetensiyalar:

  • Biznes ünsiyyət
  • Danışıq bacarıqları
  • Zamanın idarə edilməsi
  • Tədqiqat bacarıqları
  • Analitik düşüncə
  • Nəticə yönümlülük
  • Proaktiv düşüncə
  • Problem həll etmə

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

SOC Sinteks Group of Companies
Sinteks Group of Companies
Topdansatış və pərakəndə ticarət

Sinteks Şirkətlər Qrupu Qafqaz və Mərkəzi Asiya regionunda moda üzrə aparıcı pərakəndə satış qruplarından biridir. Şirkət premium, orta-yuxarı və kütləvi bazar seqmentlərini əhatə edən 100-dən çox…

Похожие вакансии

Смотреть все
Откликнуться