Prime Cotton Bobin qablaşdırıcısı
О должности
Bobin qablaşdırıcısı, əsasən toxuculuq və iplik sənayesində istehsal edilən hazır ipliyi (bobinləri) qoruyucu sellofanlara və ya çuvallara yığaraq daşınmaya və satışa hazır vəziyyətə gətirən istehsalat işçisidir
Namizədə dair tələblər:
Cins: Kişi, Yaş: 20-45
İş təcrübəsi müddəti: minimum 1 ilə qədər
Təhsil: Orta təhsil
Əmək haqqı 600-650 manat arası
Dil bilikləri: Azərbaycan dili
Komandada işləmə bacarığı;
Müxtəlif iş vəziyyətlərinə cavab verə bilən çeviklik;
Təşəbbüskarlıq;
Yeni ideyalar təklif etmə bacarığı;
Məsuliyyətlilik; Düzgünlük;
Vəzifələr: (işçinin görəcəyi işlər, vəzifələri)
R-40 dan bobinləri yoxlayaraq yığmaq;
Fiksaj sahəsində arabalara hazır iplik məhsullarını iplik nömrəsi çeşidinə görə düzgün yerləşdirmək.Fiksajdan çıxan malı düzgün çuvallamaq, tikmək, lotuna görə ayarlamaq və təhlükəsiz tranaportirovkasına diqqət yetirmək;
Fiksajdan hazır məhsul ilə dolu arabanı müvafiq yerə gətirmək; salafanı açmaq məhsul üçün əlverişli vəziyyətə gətirmək;
İpliyi salafanlara yığaraq salafanlara yığılmış ipliyin çuvallara yığılması;
Çuvalın üstüna çəkini qeyd etmək və barkod vurmaq; Çuvalın üzərinə qeyd olunan çəkinin dəqiqliyinə diqqət etmək;
İş vaxtı aidiyyatı iş yerində olmaq, verilən tapşırığın düzgün və təhlükəsiz yerinə yetirmək;
İstehsalat prossesinin fasiləsiz və qəzasız aparılmasına diqqət etmək;
İş prossesinə iş sahəsinə, növbənin ərazi, avadanlıq baxımından səliqəli, avadanlıqların sazlığına diqqət etmək;
İstehsalat prossesinin gedişatına və hansı prossesin hansı həcmdə getməyinə dîqqət etmək;
Fərdi mühafizə vasitələrinin tədbirlərinə diqqət yetirməklə avadanlığın təmizliyini fasiləsiz surətdə aparmaq;
Növbə ərzində baş verə biləcək qüsur, qəzalar, yanğın təhlükəsi haqqında dərhal Növbə rəisinə xəbər vermək;
Gigiyenik və nizamlı iş mühiti yaratmaq ûçün işlədiyi ərazinin təmizliyini təmin etmək.
Əlavə imkanlar: Nahar şirkət tərəfindən təmin olunur.
İş yerinin ünvanı: Bakı şəhəri, Nərimanov ray, Heydər Əliyev pr-ti 95
Həftənin iş günləri: ( çox növbəli )
Müraciət qaydası:
Əlaqədar şəxs HR Samirə xanım
İşlə bağlı müraciətinizi 055-254-34-52 nömrənin vatsapına göndərməniz xahiş olunur.
Müraciət üçün son tarix: 31.07.2026

Prime Cotton has more than 25 years of experience in Azerbaijan’s non-oil economy. We are growing, and stockpiling cotton in 15 out of 20 cotton cultivating regions of the country with further…