Almet-STP MMC Böyük Hüquqşünas
О должности
İş şəraiti
Ünvan: Sumqayıt şəhəri
Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək
İş qrafiki: 5 günlük iş həftəsi
Şirkət tərəfindən təmin olunan üstünlüklər: Servis xidməti və nahar təminatı
Vəzifə öhdəlikləri:
Müqavilələrin, sazişlərin və daxili hüquqi sənədlərin hazırlanması, nəzərdən keçirilməsi və müvafiq düzəlişlərin edilməsi;
Korporativ sənədlər və əməliyyatlar üzrə hüquqi yoxlamaların aparılması;
Qanunvericilik və tənzimləyici dəyişikliklərin mütəmadi izlənilməsi;
Hüquqi sənədlərin və iş fayllarının sistemli şəkildə təşkili, saxlanılması və arxivləşdirilməsi;
Korporativ qeydlərin aparılması, idarə heyəti və səhmdar qətnamələrinin hazırlanması;
Şirkətin dövlət orqanlarında, məhkəmələrdə və icra qurumlarında təmsil olunması;
Əmək hüququ, korporativ idarəetmə və digər sahəvi tənzimləmələrə uyğunluğun təmin edilməsi məqsədilə müxtəlif şöbələrlə əməkdaşlıq;
Biznes fəaliyyətləri üçün tələb olunan icazə və lisenziyaların alınmasında, həmçinin müvafiq dövlət orqanlarına müraciətlərin hazırlanmasında dəstək göstərilməsi;
İdarə heyəti qərarları, iclas protokolları və digər tənzimləyici sənədlərin hazırlanması və təqdim edilməsində iştirak.
Tələblər:
Hüquq üzrə ali təhsil;
Korporativ hüquq sahəsində minimum 3 il iş təcrübəsi;
Azərbaycan Respublikasının mülki, vergi, gömrük, inzibati xətalar məcəllələri, həmçinin əmək, mülki-prosessual, kommersiya, miqrasiya və digər sahəvi qanunvericilik üzrə biliklər;
Hüquqi sənədlərin hazırlanması bacarığı;
Akademik hüquqi yazı və hüquqi konsepsiyaları qeyri-hüquqşünaslara izah etmə bacarığı;
Hüquqi risklərin qiymətləndirilməsi və analitik düşünmə qabiliyyəti;
Namizədin şəxsi keyfiyyətləri:
Dəyişən prioritetlərə və iş şəraitinə uyğunlaşma bacarığı.
Ciddi iş prinsipiallığı və hesabatlığın verilməsi;
İşin planlaşdırılması bacarığı;
İşgüzar və hüquqi yazışma bacarığı;
Fəal olması və komandada işləmək bacarığı.
Maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər:
