KB
Kapital Bank
Büdcələşdirmə və Maliyyə Modelləşdirilməsi üzrə Mütəxəssis
Ежемесячная зарплата
Зарплата по договорённости
- Категория
- ИТ
О должности
Şirkətin maliyyə planlarının hazırlanmasında iştirak edən, büdcənin idarə olunmasına dəstək verən və müxtəlif ssenarilər üzrə maliyyə modellərinin qurulmasına töhfə verərək qərarvermə prosesinə dəstək göstərən təcrübəli komanda üzvü axtarırıq.
+ ' ' +- Büdcələmə, maliyyə modelləşdirilməsi və ya maliyyə təhlili sahəsində 1.5–2 il iş təcrübəsi;
- Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya tətbiqi riyaziyyat üzrə ali təhsil;
- Analitik düşünmə, məlumatların təhlili, planlaşdırma və təşkilatçılıq bacarıqları;
- MS Office proqramları, xüsusilə Excel və PowerPoint üzrə yüksək səviyyədə işləmə bacarığı;
- Komanda ilə effektiv işləmək və yüksək iş tempində fəaliyyət göstərmək bacarığı;
- İngilis dili üzrə yazılı və şifahi Upper-Intermediate səviyyəsi (rus dili üstünlükdür);
- SQL, BI alətləri və ya Python üzrə biliklər üstünlük hesab olunur;
- ACCA (MA, PM), FMVA, CIMA Management Accounting, büdcələmə və maliyyə modelləşdirilməsi üzrə digər beynəlxalq sertifikatlar üstünlükdür.
- İnkişaf imkanları
- Rəqabətli əmək haqqı və bonuslar
- Yüksək təminatlı sığorta
- Dəstəkləyici mühit
- Visa Premium əmək haqqı kartı
- Korporativ endirimlər
- Korporativ tədbirlər
- Əlavə məzuniyyət
- Güzəştli təhsil və işçi krediti
- Şirkət üzrə illik büdcə prosesinin hazırlanmasında iştirak etmək, struktur bölmələr üzrə büdcə modellərinin hazırlanması və təkmilləşdirilməsini dəstəkləmək;
- Şirkətin maliyyə planlaşdırılması və strateji qərarların dəstəklənməsi məqsədilə müxtəlif maliyyə modellərinin (feasibility, business planning, investment analysis və s.) hazırlanmasında iştirak etmək;
- Aylıq və rüblük maliyyə proqnozlarının hazırlanması, nəticələrin təhlili və rəhbərlik üçün hesabatların hazırlanmasını təmin etmək;
- Maliyyə göstəricilərini (gəlirlər, xərclər, pul axınları və s.) təhlil edərək kənarlaşmaları, tendensiyaları və potensial riskləri müəyyən etmək və məlumat əsaslı qərarların qəbuluna dəstək göstərmək;
- Büdcə və faktiki göstəricilər üzrə mütəmadi əvariance analysis aparmaq və istifadə olunan maliyyə məlumatlarının düzgünlüyünü təmin etmək;
- Büdcə və planlaşdırma prosesləri çərçivəsində müxtəlif struktur bölmələrdən məlumatların toplanmasını koordinasiya etmək və məlumatların vaxtında təqdim olunmasını təmin etmək;
- Büdcələmə metodologiyaların, hesabat strukturların və maliyyə modellərinin təkmilləşdirilməsi üzrə təkliflər vermək;
- Planlaşdırma prosesində istifadə olunan əsas maliyyə fərziyyələri, ssenariləri və performans göstəricilərinin sistemli şəkildə idarə olunmasını təmin etmək;
- Birbaşa rəhbər tərəfindən verilən digər vəzifələri icra etmək.
Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.
Bu vakansiya əvvəl də yerləşdirilib:
- 2 iyun 2026 · hellojob.az
- 6 aprel 2026 (bu elan) · hellojob.az
- 6 aprel 2026 · hellojob.az