C# Developer
Опыт 1–3 года Категория ИТ
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Təhsil, ixtisas və şəxsi tələblər:
- Ali-bakalavr – Kompüter Elmləri, Kompüter Mühəndisliyi, İnformasiya Texnologiyaları, Riyaziyyat
İş stajı:
- 1-2 il (C# və .NET Framework / .NET Core texnologiyaları üzrə real layihələr)
Səriştələr və Yumşaq Bacarıqlar:
- Kritik infrastruktur mühitində stresə davamlılıq və problem həll etmə (troubleshooting) bacarığı;
- Planlama və təşəbbüskarlıq
- Komandada effektiv işləmək və proqram təminatı mühəndisləri ilə koordinasiya qurmaq bacarığı;
- Məsuliyyətlilik, operativlik və nəticəyə yönümlülük.
İş şəraiti:
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcək.
- 1-2 il (C# və .NET Framework / .NET Core texnologiyaları üzrə real layihələr)
- Minimum 1-2 il iş təcrübəsi;
- Hərbi mükəlləfiyyətli (Yaşı 29-dan çox olmayan);
Dil bilikləri:
- Azərbaycan – Mükəmməl, İngilis - Əla
Müraciət etmək istəyən namizədlər öz CV-lərini mövzu hissəsində "C# Developer" qeyd edərək [[email protected]] ünvanına göndərə bilərlər.
Öhdəliklər
- C# proqramlaşdırma dili əsasında backend tətbiqlərin yazılması, inkişafı və davamlı texniki dəstəyi;
- MS SQL Server istifadə edərək SQL sorğularının yazılması, optimallaşdırılması və performansın artırılması;
- Dapper və/və ya Entity Framework ilə işləmək.
- RESTful API-ların arxitekturasının qurulması və inteqrasiyası;
- Təmiz, oxunaqlı, dəstəklənməsi asan və yaxşı test edilmiş kod yazmaq.
- Yeni sistemlərin tətbiqində və yaradılmasında iş prosesini təşkil etmək.
- Mobil tətbiq və digər servis üzərindən qoşulmalar üçün lazım olan API və s. Hazırlanması.
- Mövcud sistemlərin performansının monitorinqi və optimallaşdırılması istiqamətində təşəbbüslərin həyata keçirilməsi.
Tələblər
- REST API dizayn prinsiplərini yaxşı səviyyədə anlamaq.
- SQL və əlaqəli (relational) verilənlər bazaları üzrə yaxşı biliyə malik olmaq, MS SQL Server ilə iş təcrübəsi.
- Dapper və ya Entity Framework ilə iş təcrübəsi.
- Git və mənbə kodunun idarə edilməsi (source control) prosesləri ilə tanışlıq.
- Azure DevOps və CI/CD prosesləri (pipelines) biliyə malik olmaq.
- Proqram mühəndisliyinin ən yaxşı təcrübələri (best practices) haqqında anlayış.
- Güclü problem həll etmə və analitik düşünmə bacarıqları.
- Həm müstəqil, həm də komanda şəklində səmərəli işləmək bacarığı.
- C# .NET və ASP.NET MVC/Core
- HTML, CSS, JavaScript, jQuery
- Sistem inteqrasiyası və API-lərlə iş təcrübəsi
- Debugging və performans analizləri
IS
Innovative Solution Group