Çağrı mərkəzi operatoru
Опубликовано 18 ч. назад Источник ↗
Категория Клиентский сервис
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Vəzifələr və məsuliyyətlər
- Şirkətin müşətri bazasındakı nömrələrlə əlaqə saxlayaraq, eyni zamanda şirkətə daxil olan zənglərə cavab verərək, məhsullar, xidmətlər və texniki problemlər barədə məlumat vermək;
- Elektronika məhsulları və texniki avadanlıqlar haqqında məlumat verərək müştəriyə uyğun təkliflər hazırlamaq və satış hədəflərinə çatmaq.
- Müştərilərə məhsulun istifadəsi ilə bağlı texniki dəstək vermək, nasazlıqlar və ya əməliyyat problemləri ilə bağlı həll yolları təqdim etmək.
- Müştərilərin şikayət və problemlərini diqqətlə dinləyib, onları müvafiq şöbələrə yönləndirmək və həllin təmin olunmasına kömək etmək.
- Çağrı mərkəzinin müvafiq bazasında müştəri məlumatlarının düzgün və tam olmasına diqqət yetirmək, məlumatların təzələnməsini təmin etmək.
- Müəyyən edilmiş satış və xidmət hədəflərinə çatmaq üçün effektiv şəkildə çalışmaq, müştəri ehtiyyaclarını müəyyən etmək və düzgün məhsul və ya xidmət təqdim etmək.
- Müştəri məmnuniyyətini təmin etmək məqsədilə müştəri ilə düzgün, səmimi və dostyana ünsiyyət qurmaq.
- Yeni məhsul və xidmətlər haqqında biliklərin mütəmadi olaraq yenilənməsi və müştərilərə ən doğru məlumatın verilməsi.
- Sayt üzərindən olunan müraciətlərin cavablandırılması.
Tələb edilən bacarıqlar və təhsil
- Ali və ya orta ixtisas təhsili.
- Yüksək ünsiyyət bacarıqları.
- Problem həll etmə qabiliyyəti.
- Müştəri məmnuniyyətini təmin etmə bacarığı.
- Müvafiq texniki biliklər və məhsullar barədə məlumat.
- Komanda ilə işləmək qabiliyyəti.
- Microsoft Office və digər müvafiq proqramlardan istifadə bacarığı.
- Çağrı mərkəzində və ya müştəri xidməti sahəsində iş təcrübəsi mütləqdir.
- Mükəmməl Azərbaycan dilində ünsiyyət bacarığı, Rus və İngilis dilləri arzuolunandır.
İş saatları və əmək şərtləri
- Bir həfətlik təcrübə proqramını keçən şəxslərlə AR Qanunvericliyinə əsasən əmək müqaviləsi bağlanır
- Əmək haqqı: 400 manat (+bonus)
- İş qrafiki: 5 günlük iş qrafiki (09:00-18:00 və ya 10:00-19:00); İstirahət günləri: 2 gün.
- İş yeri: Bakı şəhəri, H.Əliyev pr.
Müraciət etmək istəyən namizədlərdən CV-lərini mövzu hissəsində “Çağrı mərkəzi operatoru” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
L
Laft Group MMC