Daxili Auditor (inşaat sahəsi)
Категория Финансы
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Vakansiyanın təsviri
- Podratçılar tərəfindən təqdim edilən qiymət təkliflərini, smeta və kalkulyasiyaları təhlil etmək və qiymətləndirmək.
- Təklif olunan material, avadanlıq və xidmət qiymətlərini cari bazar qiymətləri ilə müqayisə etmək və əsaslandırılmamış qiymət artımlarını müəyyən etmək.
- Müqavilələr üzrə kommersiya risklərini qiymətləndirmək və risklərin azaldılması ilə bağlı təkliflər hazırlamaq.
- Satınalma və tədarük sənədlərinin kommersiya hissələrinin ekspertizasını həyata keçirmək.
- Tender iştirakçılarının maliyyə və kommersiya təkliflərinin müqayisəli təhlilini aparmaq və qiymətləndirmə hesabatları hazırlamaq.
- Podratçılar tərəfindən təqdim edilən dəyişiklik sifarişlərinin (Variation Orders) maliyyə əsaslandırmalarını yoxlamaq və rəy vermək.
- Layihə üzrə istifadə olunan material və avadanlıqların qiymətlərinin bazar araşdırmasını aparmaq və müvafiq məlumat bazasını formalaşdırmaq.
- Müqavilə qiymətlərinin bazar şəraitinə uyğunluğunu mütəmadi olaraq monitorinq etmək.
- Podratçılarla kommersiya danışıqlarında iştirak etmək və sifarişçinin maraqlarını qorumaq.
- Qiymətlərin formalaşmasına təsir edən iqtisadi göstəriciləri, bazar dəyişikliklərini və inflyasiya təsirlərini izləmək.
- Layihə üzrə xərclərin optimallaşdırılması üçün təkliflər hazırlamaq.
- Müqavilə öhdəliklərinin maliyyə və kommersiya aspektlər üzrə icrasına nəzarət etmək.
- Aşkar edilmiş uyğunsuzluqlar, artıq qiymətləndirmələr və maliyyə riskləri barədə rəhbərliyə hesabatlar təqdim etmək.
- Müqavilələrin kommersiya şərtlərinin tətbiqinə nəzarət etmək və zərurət yarandıqda düzəlişlər təklif etmək.
- PMC Departamentinin digər struktur bölmələri ilə koordinasiyalı şəkildə fəaliyyət göstərmək və tələb olunan analitik məlumatları təqdim etmək.
- Maliyyə sənədlərinin (hesab-fakturalar, ödənişlər, aktlar) düzgünlüyünü yoxlamaq
- Xərclərin əsaslandırılmasını və təsdiq zəncirini audit etmək
- Sənədlərdə uyğunsuzluq və saxtakarlıq risklərini müəyyən etmək
- Material, avadanlıq və xidmət xərclərinin bazar qiymətlərinə uyğunluğunu analiz etmək.
- Pozitiv və dəstəkləyici iş mühiti
- İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
- İş vaxtı: 09:00-18:00
- Könüllü tibbi sığorta
- Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır
Xüsusi tələblər
- Müqavilələrin idarə edilməsi üzrə biliklər;
- İnşaat sahəsində ali təhsil;
- Tender və satınalma prosedurları üzrə biliklər;
- Qiymət təhlili və xərc analizinin aparılması bacarığı;
- Excel və maliyyə modelləşdirmə bacarıqları;
- Tikinti, EPC, PMC, sənaye və ya infrastruktur layihələrində kommersiya təcrübəsi;
- Analitik düşüncə və danışıqlar aparmaq bacarığı;
- Bazar araşdırması və qiymət monitorinqi sahəsində təcrübə.
AQ 
AZCD Group QSC
Tikinti
«AZCD Group" QSC 03.10.2019-cu ildə təsis edilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 02.12.2019-cu il tarixində verilmiş Lisenziya əsasında, tikintisinə icazə tələb…