Veysəloğlu MMCVeysəloğlu MMC

Debitor borcları və kommersiya gəlirləri üzrə mühasib

Опубликовано 4 дн. назад Источник: azvak.az ↗
Финансы
Ежемесячная зарплата
Зарплата по договорённости
Срок подачи
24 iyul 2026

О должности

Vəzifə öhdəlikləri:

  • Debitor borclarının yaranması, hərəkəti və bağlanması üzrə uçot proseslərini həyata keçirmək

  • Debitor və kreditor hesablaşmaları üzrə məlumatların hazırlanması, yoxlanılması və təhlilini həyata keçirmək;

  • Debitor və kreditorlarla üzləşmələrin (üzləşmə aktlarının) hazırlanması, göndərilməsi və nəticələrinin izlənilməsini təmin etmək;

  • Qarşı tərəflərlə hesablaşmalar üzrə yaranmış uyğunsuzluqları araşdırmaq və aradan qaldırılması üçün müvafiq tədbirlər görmək

  • Mühasibat sənədlərinin (hesab-faktura, akt, müqavilə və digər ilkin sənədlərin) düzgünlüyünü yoxlamaq və sistemdə işlənməsini təmin etmək;

  • Aylıq bağlanış proseslərində iştirak etmək və tələb olunan məlumatları hazırlamaq;

Namizədə tələblər: 

  • Ali təhsil(Maliyyə, mühasibatlılıq).

  • Müvafiq sahə üzrə minimum 2-3 il iş təcrübəsi.

  • Yaxşı səviyyədə MS Excel biliyi olmalı

  • Analitik düşüncə, Komandada işləmək bacarığı.

  • Maliyyə və Mühasibatlıq sahəsi üzrə sertifikatların (ACCA) olması mütləqdir.

Digər məlumatlar:

  • Nahar və servis ilə təmin edilmə

  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı

  • 5 günlük tam iş qrafiki

  • Korporativ mobil nömrə

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Debitor borcları və kommersiya gəlirləri üzrə mühasib” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər

Veysəloğlu MMC
Veysəloğlu MMC
Topdansatış və pərakəndə ticarət

“Veysəloğlu” MMC fəaliyyətinə 1994-cü ildə Türkiyədən qida məhsullarının idxalı ilə başlayıb və Veysəloğlu Şirkətlər Qrupunun təməli bu şirkət ilə qurulub. 1997-ci ildən etibarən şirkət öz…

Похожие вакансии

Смотреть все