PC
Ежемесячная зарплата
Зарплата по договорённости
- Режим работы
- Полная занятость
- Опыт
- career-levels.other
- Категория
- Инжиниринг
О должности
Təsvir
- Təmir işlərinin vaxtında aparılması üçün lazım olan alət, tərtibat və ehtiyyat hissələrinin hazır olmasını təmin etmək;
- Təmir işləri zamanı mal və materiallardan məqsədyönlü və qənaətli istifadə etmək
- Təmir və ya baxım işlərinə başlamazdan əvvəl və bu işlər tamamlandıqdan sonra rəhbərinə dəqiq və təfsilatlı məlumat vermək;
- Rəhbərlik tərəfindən verilən əmr, sərəncam və göstərişləri yerinə yetirmək;
- İş zamanı əməyin mühafizəsi, təhlükəsizlik və yanğından mühafizə qaydalarına əməl etmək;
- Sovurma kanallarını təmizləmək, filterlərini vaxtında dəyişdirmək;
- Avadanlığın mexaniki hissələrini, dişli çarxları, lentdüzən və kovadəyişən qurğuları, silindirlərin yastıqlarını yağlamaq;
- Avadanlığın daxili və xarici səthlərini və hərəkət mexanizmlərini hava şlankı və ya nəm əski ilə təmizləmək, valikli bəsləmə yaxınlaşdırıcısını, ölçü roliklərini, sıxma sterjenini, üst rolikləri və üst valikləri təmizləmək;
- Baş vermiş qəzaların (kəmər qırılması, tənzimləmənin pozulması, hər hansı bir mexanizmin sıradan çıxması) nəticələrini aradan qaldırmaq;
- Diffuzorları və tüstü sensorlarını sıxılmış hava vasitəsilə təmizləmək;
- Qabaqcıl təcrübələrdən və təhlükəsiz iş qaydalarından istifadə edərək vəzifə öhdəliklərini yerinə yetirmək və bunun üçün daim öz üzərində işləmək.
Tələblər
- Texniki və ya tam orta təhsil;
- Müvafiq sahə üzrə 1 il iş təcrübəsi.
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilmək.