Direktor sürücüsü
Опубликовано 16 ч. назад Источник ↗
Категория Логистика
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Vəzifə öhdəlikləri;
- Direktoru təyin olunmuş marşrutlar üzrə təhlükəsiz və vaxtında təyinat məntəqəsinə çatdırmaq;
- Xidməti avtomobilin texniki vəziyyətinə nəzarət etmək və nasazlıqlar barədə vaxtında məlumat vermək;
- Avtomobilin təmizliyini və səliqəli vəziyyətini təmin etmək;
- Yanacaq, sığorta və texniki baxış müddətlərini izləmək;
- Rəhbərlik tərəfindən verilən xidməti tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək;
- Səfər marşrutlarını əvvəlcədən planlaşdırmaq və mümkün tıxacları nəzərə almaq;
- Direktora məxsus əmlakdan səmərəli istifadə etmək və məxfiliyi qorumaq;
Tələblər;
- Yaş: 35-45
- Müvafiq kateqoriyalı etibarlı sürücülük vəsiqəsinə malik olmaq (BC);
- Namizədin şəxsi nəqliyyat vasitəsinin olması şərtdir.
- İş təcrübəsi: sürücülük təcrübəsi minimum 10 il, Direktor sürücüsü kimi minimum 5 il;
- Yol hərəkəti qaydalarını mükəmməl bilmək;
- Bakı şəhəri və ətraf əraziləri yaxşı tanımaq;
- Məsuliyyətli, intizamlı və punktual olmaq;
- Konfidensiallıq prinsiplərinə riayət etmək;
- Xoş görünüşlü və etik davranış qaydalarına əməl etmək;
- Zərurət yarandıqda qeyri-standart iş qrafiki ilə işləməyə hazır olmaq.
İş şəraiti;
- İş qrafiki: 6 günlük; ( iş saatı razılaşma ilə)
- Əmək haqqı: 1000 AZN (net)
- Nahar və korporativ mobil nömrə şirkət tərəfindən təmin edilir.
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
- Məzuniyyət və digər sosial təminatlar qanunvericiliyə uyğun şəkildə təqdim edilir;
- Zərurət yarandıqda ezamiyyət və qeyri-standart iş saatlarında işləməyə hazırlıq;
- Korporativ etika və məxfilik qaydalarına riayət edilməsi;
Qeyd: Sürücü direktorun şəxsi mülkiyyətində olan avtomobili idarə edəcək. Avtomobil iş vaxtından sonra direktorun istifadəsində qalacaq.
İş yeri: Bakı şəhəri, Binəqədi rayonu
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
C 
Camal LTD
Emal sənayesi
20 ildən artıqdır ki, fəaliyyət göstərən “Camal” LTD şirkəti kiçikdən böyüyə-hər kəsin damaq zövqünə xitab edən ləzzətli dondurmaları ilə istehlakçıların rəğbətini qazanır. “ICELAND” ticarət nişanı…