Ata Pack MMC Dizayner
О должности
Vəzifə öhdəlikləri
Qablaşdırma məhsullarının dizaynının hazırlanması və çapa uyğunlaşdırılması;
Müştəri tələblərinə uyğun dizaynların hazırlanması və redaktə edilməsi;
Hazırlanan işlərin keyfiyyətinə tam məsuliyyət daşımaq;
Yeni məhsullar üçün kreativ və innovativ dizayn konsepsiyaları hazırlamaq;
İstehsal və satış komandaları ilə koordinasiyalı işləyərək sifarişlərin vaxtında və keyfiyyətlə icrasını təmin etmək.
Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Namizədə tələblər
Ali təhsil;
Qrafik Dizayn sahəsində minimum 2 il iş təcrübəsi (mütləqdir);
Adobe Photoshop, Adobe Illustrator və CorelDRAW proqramlarında sərbəst işləmək bacarığı;
Hərf, yazı və orfoqrafik səhvlərə qarşı yüksək diqqətlilik;
Kreativ düşüncə tərzinə malik olmaq, yenilikçi və funksional dizayn ideyaları təqdim etmək bacarığı;
Dəqiq, məsuliyyətli və nizam-intizamlı olmaq;
Stressli iş mühitində operativ və keyfiyyətli işləmək bacarığı;
Komandada işləmək və vaxtı effektiv idarə etmək bacarığı.
İş şəraiti
Əməkhaqqı namizədin bilik və bacarıqlarına uyğun təyin ediləcək;
Rəsmi əmək müqaviləsi;
Nahar şirkət tərəfindən təmin edilir;
İş qrafiki: 5 günlük
İş yeri: Balaxanı Sənaye Parkı (Koroğlu metro stansiyasından servis xidməti mövcuddur).
Maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına və yaxud 055 201 26 68 nömrəsinin Vatsap-na göndərə bilərlər.

“ATA PACK” MMC artıq 3 ildir ki,Azərbaycanda çap sektorunda uğurla fəaliyyət göstərən və istehsal etdiyi məhsul tipinə görə yeganə tədarükçüdür.Şirkətimiz ölkənin paytaxtı Bakı şəhərində sənaye…