Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Əczaçı (Qida Təhlükəsizliyi İnstitutu)
О должности
AQTİ əczaçı ixtisası üzrə namizədlərin işə qəbulunu elan edir
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu əczaçı ixtisası üzrə peşəkar kadrları işə dəvət edir.
Əsas vəzifə öhdəlikləri:
Qida məhsullarına dair normativ-texniki sənədlərin ekspertizasının təşkili və idarə olunması;
Texniki, keyfiyyət və təhlükəsizlik sənədlərinin qiymətləndirilməsi;
Ekspert rəylərinin hazırlanması və təqdim edilməsinə nəzarət;
Sektorun fəaliyyətinin planlaşdırılması və əməkdaşların işinin koordinasiyası;
Qida məhsulları sahəsində normativ tələblərin tətbiqinə nəzarət;
Aidiyyəti qurumlarla əməkdaşlığın həyata keçirilməsi;
Hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi.
Namizədə dair tələblər:
Əczaçılıq ixtisası üzrə ali təhsil;
Müvafiq sahədə minimum 5 il iş təcrübəsi;
Normativ-texniki sənədlərlə işləmək bacarığı;
Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
Analitik düşünmə, təşkilatçılıq və komanda idarəetmə bacarıqları.
Təklif edirik:
Peşəkar komandada çalışma imkanı;
Karyera inkişafı üçün əlverişli iş mühiti;
Rəqabətqabiliyyətli əməkhaqqı.
Müraciət qaydası:
Namizədlər CV-lərini məktubun mövzu hissəsində “Əczaçı” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
