CineMastercard Ekspres barmen (Dəniz Mall)
О должности
Cinemastercard Dəniz Mall-dan vakansiya: Ekspres barmen tələb olunur
Vəzifə öhdəlikləri:
– “Popkorn hazırlanması və avadanlıqlardan düzgün istifadə qaydaları”na uyğun olaraq tələb olunan çeşid və kəmiyyətdə keyfiyyətli popkorn hazırlayır və qızdırıcı tankerləri doldurur;
– Menyudan olan digər qəlyanaltıları (nachos, şirin pambıq, karamelləşdirilmiş popkorn və s.) hzırlayaraq müəyyən olunmuş çəkidə qablaşdırır
– Vitrinləri daim dolu vəziyyətdə saxlayır;
– İş yerinin və avadanlıqların təmizliyinə riayət edir;
Namizədlərə tələblər:
– Təhsil: Vacib deyil
– İş təcrübəsi: Vacib deyil
İş şərtləri:
– İş qrafiki: 6 günlük iş həftəsi
– İş vaxtı: 09:30-dan 18:30-kimi, 12:00-dan 21:00-kimi, 14:30-dan 23:30-kimi
– İş yeri: Cinemastercard Dəniz Mall
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 650 manat təşkil edir
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Ekspres barmen” yazaraq [email protected] epoçt ünvanına göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
