PRE
PASHA Real Estate Group

Electrical Foreman/Supervisor

Bakı Опубликовано 2 ч. назад Источник: glorri.az ↗
Ежемесячная зарплата
Зарплата по договорённости
Откликнуться
Режим работы
Полная занятость
Категория
Инжиниринг

О должности

Təsvir

  • Tikinti sahəsində elektrik quraşdırma işlərinin gündəlik icrasına təsdiq olunmuş çertyojlara, texniki spesifikasiyalara və iş qrafiklərinə uyğun şəkildə nəzarət etmək və koordinasiya etmək.
  • Elektrik texnikləri, elektrik ustaları və köməkçiləri rəhbərlik etmək, iş bölgüsü aparmaq və işlərin səmərəli və təhlükəsiz şəkildə yerinə yetirilməsini təmin etmək.
  • Elektrik işlərinin layihə keyfiyyət standartlarına, təhlükəsizlik qaydalarına və şirkət prosedurlarına uyğun şəkildə aparılmasını təmin etmək.
  • Sahə elektrik mühəndisləri və digər sahə üzrə əməkdaşlarla koordinasiya apararaq sahə problemlərini həll etmək və işlərin toqquşmasının qarşısını almaq.
  • Sahədə işçi qüvvəsinin məhsuldarlığını, material istifadəsini və iş keyfiyyətini izləmək.
  • Elektrik material və avadanlıqlarının düzgün saxlanılmasını, daşınmasını və quraşdırılmasını təmin etmək.
  • Sahədə yaranan problemləri, texniki məsələləri və ya gecikmələri müəyyən etmək və dərhal Elektrik sahə mühəndisinə məlumat vermək.
  • Elektrik sistemlərinin sınaq, yoxlama və istismara verilmə (commissioning) işlərinə dəstək göstərmək.

Tələblər

TƏLƏB OLUNAN BİLİK VƏ BACARIQLAR

Təhsil:

Elektrik işləri üzrə texniki təhsil arzuolunandır.

İxtisas sahələri üzrə biliklər:

Elektrik quraşdırma işləri, sahə nəzarəti, çertyojların oxunması və əsas sınaq işlərinə dəstək.

İş təcrübəsi:

Elektrik işləri üzrə 5–7 il iş təcrübəsi.

Dil və kompüter bilikləri (Microsoft Office):

Azərbaycan dili – sərbəst; ingilis dili – başlanğıc səviyyə üstünlükdür.


XÜSUSİ TƏLƏBLƏR

Güclü komanda idarəetmə bacarıqları

Elektrik təhlükəsizlik qaydaları üzrə yaxşı bilik

Sahə şəraitində işləmək və işləri vaxtında təhvil vermək bacarığı

Tikinti sahəsində fiziki iş üçün sağlam və uyğun olmaq

Похожие вакансии

: