CP Chicken ProjectChicken Project

Əməliyyat Meneceri

Опубликовано 1 дн. назад Источник
HR
Ежемесячная зарплата
Зарплата по договорённости
Срок подачи
19 avqust 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Chicken Project fast food restoranlar şəbəkəsi komandaya təcrübəli və nəticəyönümlü Əməliyyat Meneceri axtarır. Namizəd filialların gündəlik əməliyyatlarının səmərəli idarə olunmasına, keyfiyyət standartlarının təmin edilməsinə və maliyyə göstəricilərinin optimallaşdırılmasına cavabdeh olacaq.

İş şəraiti

  • İş yeri: Bakı
  • Əmək haqqı: Müsahibə əsasında təyin ediləcək
  • İş qrafiki: Çevik qrafik (restoranların iş saatlarına uyğun)

Vəzifə öhdəlikləri

  • Filialların gündəlik əməliyyatlarının planlaşdırılması, koordinasiyası və nəzarəti
  • Biznes proseslərin təhlili, optimallaşdırılması və effektivliyin artırılması
  • Texnoloji kartların tətbiqinə nəzarət
  • Food Cost və əmək haqqı fondu nisbətlərinin idarə olunması, xərclərin optimallaşdırılması
  • Təchizatçılarla münasibətlərin idarə edilməsi
  • İşçi seçimi, adaptasiya, təlim və motivasiya proqramlarının həyata keçirilməsi
  • KPI-ların müəyyən edilməsi və nəticələrin izlənməsi
  • Rəhbərliyə mütəmadi hesabatların hazırlanması

Tələblər

Təhsil və təcrübə

  • Ali təhsil (İqtisadiyyat, Biznes idarə edilməsi və ya əlaqəli sahə)
  • İctimai iaşə / fast food sahəsində idarəetmə təcrübəsi
  • İİKO ERP və ya analoji sistemlərlə iş təcrübəsi
  • HACCP və ya İSO qida təhlükəsizliyi biliyi — üstünlük

Peşəkar bacarıqlar

  • Maliyyə savadlılığı: Mənfəət-zərər (P&L), maya dəyəri (food cost) hesablaması
  • MS Office (xüsusilə Excel) proqramlarında işləmə bacarığı
  • Analitik düşüncə, problem həll etmə və qərar qəbul etmə bacarığı

Dil bilikləri

  • Azərbaycan dili — əla (əsas iş dili)
  • Rus dili — üstünlük hesab olunur
  • İngilis dili — üstünlük hesab olunur

CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Əməliyyat Meneceri — Chicken Project” başlığı ilə göndərin və ya chickenproject.az/karyera  bu linkə keçid edərək müraciət formasını doldurun.

Похожие вакансии

Смотреть все
Откликнуться