Unibank ASC Əməliyyat riskləri bölməsinin Mütəxəssisi / Aparıcı Mütəxəssisi
Категория Финансы
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Təsvir
- Bank üzrə əməliyyat risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi, monitorinqi və hesabatlılığının təmin edilməsi;
- Əməliyyat risk hadisələrinin qeydiyyatını aparmaq, təhlil etmək və əsas səbəb analizini həyata keçirmək;
- Əsas risk indikatorlarının (KRI) hazırlanması, izlənilməsi və təhlilində iştirak etmək;
- Yeni məhsullar, proseslər və layihələr üzrə əməliyyat risklərinin qiymətləndirilməsini həyata keçirmək;
- Struktur bölmələrinə əməliyyat risklərinin idarə edilməsi üzrə metodoloji dəstək göstərmək və risk mədəniyyətinin inkişafına töhfə vermək;
- Daxili normativ sənədlərin hazırlanması, yenilənməsi və tətbiqinə dəstək göstərmək;
- Əməliyyat riskləri üzrə hesabatların hazırlanmasında iştirak etmək;
- Risk və nəzarət üzrə özünüqiymətləndirmə (RCSA) proseslərinin təşkili və koordinasiyasını həyata keçirmək.
Tələblər
- Maliyyə, iqtisadiyyat, bank işi və ya əlaqəli sahələr üzrə ali təhsil;
- Bank prosesləri, daxili nəzarət sistemi və risklərin idarə edilməsi prinsipləri üzrə biliklər;
- Audit, daxili nəzarət və ya komplayns sahəsində iş təcrübəsinə üstünlük verilir;
- Əməliyyat risklərinin idarə edilməsi metodologiyaları (RCSA, KRI, itki hadisələrinin idarə olunması və s.) üzrə biliklər;
- Analitik düşüncə, problem həll etmə və effektiv kommunikasiya bacarıqları;
- MS Office proqramları, xüsusilə Microsoft Excel proqramında yüksək səviyyədə işləmək bacarığı;
- Azərbaycan dilini səlis bilmək, ingilis və rus dillərini isə işgüzar səviyyədə bilmək üstünlükdür.
Daha çox Xidmət vakansiyaları üçün www.isbu.az saytına keçid edin.

Unibank ASC
Unibank – Azərbaycanın 1992-ci ilin iyul ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş ən iri özəl banklarından biridir. MBank ilə Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK-ın…