Əməliyyat Risklərinin İdarəedilməsi şöbəsinin meneceri
Режим работы Полная занятость Опыт 3–5 лет Категория Финансы
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Vakansiyanın təsviri
- Əməliyyat risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi işində iştirak edir;
- Bankda risk mədəniyyətinin yüksəldilməsi məqsədilə maarifləndirmə işlərində iştirak edir;
- Yaradılan yeni məhsul, xidmət, proseslər, motivasiya sistemləri həmçinin mövcud məhsul, xidmət,proseslər və motivasiya sistemləri üzərində dəyişikliklər üzrə əməliyyat risklərinin müəyyən olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı rəy verir;
- Bankda yazılan yeni normativ sənədlərə, həmçinin mövcud normativ sənədlərə edilən dəyişikliklər üzrə əməliyyat risklərinin müəyyən olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı rəy verir;
- Şöbəyə cəlb edilmiş təcrübəçilərə və əməkdaşlara işlərində dəstək göstərir və əməliyyat risklərinin idarə edilməsi sahəsində onlarla birgə fəaliyyət göstərir;
- Əmək müqaviləsi, çalışdığı strukturun əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn funksiyaları icra edir;
Xüsusi tələblər
- Təhsil pilləsi: Bakalavr dərəcəsi (İqtisadiyyat və ya maliyyə ixtisası üzrə);
- Bank sektorunda ən azı 4 il, funksiya üzrə 2 il təcrübə;
- Microsoft Excel, Word, Outlook üzrə biliklər;
- Azərbaycan dili (ana dili səviyyəsində), İngilis dili bilikləri arzuolunandır;
- Beynəlxalq praktikada qəbul edilən digər bilik və keyfiyyətlərə malik olması üstünlük hesab edilir.
LAB 
Life at Bir