Mado Restoranlar Şəbəkəsi Əməliyyatçı
О должности
Tələblər:
Ali təhsil (İqtisadiyyat yönümlü bakalavr təhsili, magistr təhsili olanlara üstünlük verilir);
MS Office proqramlarını sərbəst bilməli;
Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı.
Vəzifələr:
Gündəlik istehsal sifarişlərinin proqram üzrə qeydiyyatının aparılması;
Gündəlik daxil olan sifarişlərin hazırlanaraq istehsalata təhvil verilməsi;
Reseptlərin tərtib olunması;
Məhsulların maya dəyərinin hesablanması;
İstehsal prosesinin proqram təminatında işlənilməsi və nəzarətdə saxlanılması;
Sayımlarla bağlı hesabatların hazırlanması;
Ay sonu maliyyə hesabatlarının hazırlanması;
İş prosesi zamanı yaranan uyğunsuzluqlarla bağlı problemlərin həll edilməsi;
İstehsal müdirinə gündəlik hesabatların hazırlanaraq təqdim edilməsi;
İş prosesinin inkişafı ilə bağlı təkliflər planının hazırlanması.
İş şəraiti:
6 günlük iş qrafiki;
Əmək haqqı: 800 AZN + əlavə bonus;
Nahar şirkət tərəfindən təmin edilir.
Maraqlanan namizədlər CV-lərini [email protected] elektron ünvanına mövzu hissəsində "Əməliyyatçı" qeyd etməklə göndərə bilərlər.
