BM Bakı MetropoliteniBakı Metropoliteni

Ətraf mühitin mühafizəsi şöbəsinə mütəxəssis

Bakı Опубликовано 19 ч. назад Источник
Полная занятость 1–3 года Инжиниринг
Ежемесячная зарплата
Зарплата по договорённости
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Vakansiyanın təsviri

  • Müəssisədə ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyin, norma və qaydaların icrasına nəzarət;
  • Ətraf mühitin mühafizəsi üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsi;
  • Atmosferə emissiyalar, tullantılar, su və torpaq mühafizəsi üzrə monitorinqlərin aparılması;
  • Tullantıların idarə olunması, utilizasiyası və təkrar emalı proseslərinə nəzarət;
  • Ekoloji uyğunsuzluqların və risklərin müəyyən olunması, araşdırılması və hesabatların hazırlanması;
  • Ekoloji aspektlərin müəyyənləşdirilməsi və risk qiymətləndirilməsi;
  • Daxili auditlərdə, planlı və qəfil yoxlamalarda iştirak;
  • Sahələrdə ətraf mühitin mühafizəsinə nəzarət;
  • Ekoloji təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə normativ sənədlərin, təlimatların və prosedurların hazırlanması.

Xüsusi tələblər

  • Ali təhsil (Ekologiya, ətraf mühit mühəndisliyi, kimya, biologiya və ya əlaqəli sahələr üzrə);
  • Ətraf mühitin mühafizəsi və ya ekoloji təhlükəsizlik sahəsində minimum 2 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının ekoloji qanunvericiliyi üzrə biliklər;
  • ISO 14001:2015 standartı üzrə bilik və təcrübə;
  • Ekoloji monitorinq, hesabatlılıq və sənədləşmə sahəsində iş təcrübəsi;
  • Analitik düşünmə və problem həll etmə bacarığı;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Azərbaycan dili – sərbəst, İngilis və Rus dili bilikləri üstünlükdür;
  • Komandada işləmək, koordinasiya və təşkilatçılıq bacarığı;
  • Məsuliyyətlilik, detallara diqqət və operativlik;
  • Stressə davamlılıq və vaxtın effektiv idarə olunması bacarığı.

Müraciət etmək üçün: [email protected]
BM Bakı Metropoliteni
Bakı Metropoliteni

Похожие вакансии

Смотреть все