PB
PASHA Bank
Fərdi bankçılıq üzrə satışlar şöbəsinin Kreditləşmə qrupunun Kiçik mütəxəssisi (Kredit analitiki)
Ежемесячная зарплата
Зарплата по договорённости
- Режим работы
- Полная занятость
- Категория
- Финансы
О должности
Təsvir
- Kredit sövdələşmələrini qiymətləndirmək və korporativ/ kommersiya seqmentləri üzrə kreditləri dəyərləndirmək;
- Təklif olunan şərtləri yerinə yetirmək və vaxt məhdudiyyəti ilə bağlı müəyyən dəyişikliklər etmək;
- Müştəri təhlilini həyata keçirmək və Kredit Risklərinin Anderraytinqi Departamentinə kredit limitini təklif etmək;
- Müştəri tələbinə uyğun məhsul təkliflərinin strukturunu yaratma;
- Müştərilər üçün maliyyə modelini hazırlamaq;
- Lazımi sənədlərin doldurulması və tərtib edilməsi üçün korporativ/ kommersiya müştərilərindən və ya Müştəri Menecerlərdən zəruri məlumatların alınması;
- İlkin təhlil və risk qiymətləndirməsi üçün müştəridən zəruri məlumatın alınması və müvafiq məlumatın Kredit Risklərinin Anderraytinqi departamentinə təqdim edilməsi;
- Müştərilərlə görüş, biznes müəssisələrinə ziyarət və yerində qiymətləndirmə;
- Düzgün maliyyə təklifləri irəli sürmək üçün digər məhsul sahibləri ilə əməkdaşlıq etmək;
- Kredit Komitəsinə kredit müraciətinin təqdim edilməsi;
- Müştəri üçün nəzərdə tutulan şərtlərə əməl olunması;
- Müştəri üçün nəzərdə tutulmuş kredit limitinə əməl olunması;
- Müştərilərə verilən limitlərin vaxtında yenilənməsi.
Tələblər
• Təhsil: Maliyyə, İqtisadiyyat üzrə ali təhsil (bakalavr dərəcəsi);
• Tələb olunan iş təcrübəsi: müvafiq sahədə minimum 1+ il;
• Xarici dillər: Rus dili(səlist) və İngilis dili(arzu olunan);
• Kompüter bacarıqları: Microsoft Office və Power Point proqramında yuxarı səviyyədə istifadə bacarığı;
• Bazar bilikləri: İstehlak kreditləri sahəsində təcrübə;
• Digər tələblər: Kommunikasiya, analitika və satış bacarıqlar.