Filiallar üzrə Kredit Satış Rəhbəri
О должности
Təsvir
Hal-hazırda "FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatı Filiallar üzrə Kredit Satış Rəhbəri vakansiyasını elan edir.
FINCA Azerbaijan ölkədə fəaliyyət göstərən aparıcı qeyri-bank kredit təşkilatlarından biridir və FINCA Impact Finance qlobal şəbəkəsinin tərkib hissəsidir. Təşkilat Azərbaycanda 1998–1999-cu illərdən fəaliyyət göstərərək minlərlə fərdi sahibkara və kiçik biznesə maliyyə xidmətləri təqdim edir.
Əsas öhdəliklər aşağıdakılardır:
- Filial Şəbəkəsi Menecerinin nəzarəti və təsdiqi əsasında, FSM filialların strategiyalarının və əməliyyat planlarının hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik etmək.
- Filial Supervayzerləri ilə ilə əməkdaşlıq çərçivəsində sahə üzrə Kredit Satışı Mütəxəssislərinin fəaliyyət göstəricilərini qiymətləndirmək.
- Filial Supervayzerləri ilə birlikdə filialın potensialını və əməkdaşların filialın ən yüksək nəticələrinə nail olmaq üçün əsas funksiyaları yerinə yetirmə qabiliyyətini inkişaf etdirmək.
- Yeni və ya təkmilləşdirilmiş kredit məhsullarının hazırlanmasına və tətbiqinə dəstək göstərmək, bu istiqamətdə Məhsul İnkişafı və Marketinq strukturları ilə sıx əməkdaşlıq etmək, səmərəliliyin artırılması məqsədilə məhsullara və xidmət kanallarına dəyişikliklərin edilməsi ilə bağlı təkliflər təqdim etmək.
- FSM növbəti il üçün əvvəlcədən müəyyən edilmiş planların həyata keçirilməsində filialların və işçi heyətinin yaxından monitorinqini təmin etməli və bazar şəraitində hər hansı bir dəyişiklik baş verərsə, real vaxt rejimində tədbirlər görməlidir.
- Yüksək etik və mənəvi standartlara əsaslanan iş mühitinin formalaşdırılmasına, eləcə də əməkdaşlar arasında qarşılıqlı hörmət, anlaşma, etimad və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə diqqət yetirmək.
- Filialların və onların fəaliyyətinin səmərəliliyinin və effektivliyinin artırılması, eləcə də əməkdaşların iş göstəricilərinin və iş məmnuniyyətinin yüksəldilməsi ilə bağlı məsələlərdə əməkdaşların iştirakını və yaradıcılığını söz və əməllərlə təşviq etmək.
- Filial Supervayzerlərinə ümumi Əməliyyat Planının və Büdcənin yerinə yetirilməsi, eləcə də kəmiyyət və keyfiyyət məqsədlərinin planlaşdırılması və əldə olunması istiqamətində rəhbərlik etmək, dəstək göstərmək və nəzarət etmək.
- BNM ilə əməkdaşlıq çərçivəsində Filial Supervayzerlərinin fəaliyyətini qiymətləndirmək və Filial Supervayzerlərinin müəyyən edilmiş prosedurlara uyğun olaraq işçilərini vaxtında qiymətləndirmələrini yoxlamaq. Bundan əlavə, Filial Supervayzerlərinin əməkdaşlarına effektiv və səmərəli şəkildə nəzarət etmələrini təmin etmək.
- Əməliyyat fəaliyyətlərinə hazırlıq işlərini idarə etmək, institusional və maliyyə inkişaf planlarına nəzarət etmək və FAZ tərəfindən müəyyən edilmiş metodologiyaya uyğun olaraq öz bölgələrindəki filialların maliyyə fəaliyyətlərinə nəzarət etmək.
- Filiallar üzərində rəhbərliyin nəzarətini təmin etməklə yanaşı, siyasət və prosedurların tətbiqini qiymətləndirmək üçün müvafiq monitorinq tədbirləri həyata keçirmək və maliyyə və institusional planlar hazırlamaq.
- Təsdiq edilmiş planların icrası üzrə irəliləyişləri nəzərdən keçirmək, növbəti dövrlər üçün iş planlarını müzakirə etmək, gündəlik əməliyyatlar zamanı yaranan məsələləri həll etmək və hər hansı problemlə bağlı vaxtında əlaqələndirmə və düzəldici tədbirlərin görülməsini təmin etmək məqsədilə əməkdaşlarla mütəmadi görüşlər keçirmək.
- Filialın fəaliyyətini, mənfəət və zərərini izləmək və əməliyyat səmərəliliyinin artırılmasına və maliyyə dayanıqlığına nail olmağa yönəlmiş düzgün strategiyalar və əməliyyat tədbirləri həyata keçirmək.
- Daxili nəzarət sisteminin sağlam şəkildə qurulmasını və ciddi şəkildə tətbiq edilməsini/dəyişdirilməsini təsdiq etmək və ya yoxlamaq, sistemin tələblərinə riayət edilmədiyi hallarda müvafiq kadr tədbirlərinin görülməsini təmin etmək.
- Filial Supervayzerləri ilə birlikdə FAZ filiallarının potensialının və əməkdaşların filialların mümkün olan ən yüksək nəticələrə nail olması üçün əsas rolları yerinə yetirmək bacarıqlarının inkişaf etdirilməsini təmin etmək.
- Əməkdaşlar arasında əməkdaşlıq mühitinin inkişaf etdirilməsinə diqqət yetirmək və onların yaradıcılığını, təşəbbüskarlığını və liderlik keyfiyyətlərini təşviq etmək.
- Müvafiq regionlar üzrə təlim ehtiyaclarını müəyyən etmək və nəzarətində olan əməkdaşların öz vəzifələrini ən yaxşı şəkildə yerinə yetirmələri üçün zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etmək məqsədilə təlimlərin təşkilini həyata keçirmək.
- Müştərilərə göstərilən maliyyə xidmətlərinin təkmilləşdirilməsi, idarəetmə sistemlərinin inkişaf etdirilməsi və filiallardan baş ofisə qədər ümumi fəaliyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı innovativ təkliflər irəli sürmək.
- Təşkilat daxilində FAZ-ın nümayəndəsi kimi fəaliyyət göstərmək və FAZ-ı ən yaxşı şəkildə təmsil etmək.
- Təşkilat daxilində mərkəzi ofis və filiallar arasında komanda ruhunun və missiyaya bağlılığın gücləndirilməsi məqsədilə effektiv kommunikasiya və müsbət işgüzar münasibətlərin inkişaf etdirilməsini təşviq etmək.
Tələblər
Təhsil: Biznesin idarə edilməsi, maliyyə, mühasibat uçotu və ya digər müvafiq sahələr üzrə ali təhsil;
Təcrübə: Filial idarəçiliyi və ya ümumilikdə idarəetmə sahəsində ən azı 5 il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan dilində sərbəst danışıq qabiliyyəti. İngilis dilində şifahi və yazılı ünsiyyət üzrə mükəmməl biliklərə malik olmaq.
Kompyuter bacarıqları: MS Office proqramları (MS Word, MS Excel, MS Outlook) üzrə yaxşı biliklər.
Bacarıqlar:
- Əla ünsiyyət, şəxslərarası münasibətlər və təlim keçmək bacarıqları;
- Güclü biznes idarəetməsi, vaxtın idarə olunması və danışıqlar aparmaq bacarıqları;
- Yeni təkliflər irəli sürmək, problemləri həll etmək, qərarlar qəbul etmək və əsaslandırılmış nəticələr çıxarmaq bacarığı;
- Güclü aktiv dinləmə bacarığı;
- Hesabatların hazırlanması və təqdimatların keçirilməsi üzrə yüksək səviyyəli bacarıqlar.
Səyahət tələbləri - İş vaxtının təxminən 20%-i.
Hesabatlılıq:
- Fəaliyyət göstəricilərinin izlənilməsi və ya birbaşa rəhbərə təqdim olunması məqsədilə zəruri hesabatları hazırlamaq, hesabatların düzgün tərtib edilməsini və tələb olunan sənədlərin vaxtında işlənib hazırlanmasını təmin etmək.
The FINCA INTERNATIONAL GLOBAL MISSION is to alleviate poverty through lasting solutions that help people build assets, create jobs and raise their standard of living. The FINCA IMPACT FINANCE…