Fresh üzrə kateqoriya müdiri (meyvə-tərəvəz)
О должности
İş şəraiti
Ünvan - Ziya Bünyadov 1965, Çinar Park BM, Bina 1, Mərtəbə 3
İş qrafiki - Tam iş günü (5 gün) 08:30 – 17:30
Əmək haqqı - Müsahibə əsasında
Tələblər
Ali təhsil — biznes, iqtisadiyyat, logistika, aqrar sahə və ya əlaqəli istiqamət üzrə
Meyvə-tərəvəz sahəsində satış, təchizat, logistika və ya kommersiya üzrə iş təcrübəsi
Analitik düşüncə tərzi və satış hesabatlarının hazırlanması bacarığı
Danışıqlar aparmaq və müştəri bazası ilə işləmək bacarığı
Səlis Azərbaycan dili biliyi, xarici dil biliyi üstünlükdür
Ezamiyyətlərə hazırlıqlı olmaq
Microsoft Excel proqramında sərbəst işləmək bacarığı
Vəzifə öhdəlikləri
Hazır kənd təsərrüfatı məhsullarının yerli bazarda satışını təşkil etmək və idarə etmək
Sifarişlərin qəbulunu, planlanmasını və vaxtında çatdırılmasını təmin etmək
Müştərilərlə əməkdaşlıq qurmaq və inkişaf etdirmək
Yeni müştəri bazasının araşdırılması və inkişaf etdirilməsini həyata keçirmək
Təchizatçılarla sıx əməkdaşlıq etmək, məhsul axınını təmin etmək
Qiymət siyasətini bazar şərtlərinə uyğun formalaşdırmaq və idarə etmək
Mövsümi məhsul planlamasında iştirak etmək, satış proqnozlarını hazırlamaq
Logistika və daxili daşınma proseslərini təşkil etmək və optimallaşdırmaq
Anbar ehtiyatlarının idarə olunmasına nəzarət etmək
Məhsulların keyfiyyətinə nəzarət etmək, müştəri şikayətlərini operativ həll etmək
Satış göstəriciləri üzrə mütəmadi hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək
Bazar araşdırmaları aparmaq, rəqabət mühitini analiz etmək
Satış prosesindəki riskləri (gecikmə, məhsul itkisi, qiymət dəyişiklikləri) müəyyən edib idarə etmək
Maraqlanan namizədlər öz CV-lərini mövzu hissəsində “Fresh üzrə kateqoriya müdiri” yazaraq [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Əsas fəaliyyət istiqaməti olaraq, Azərbaycanın gübrə və kənd təsərrüfatı istehsal vasitələri bazarını hədəfləyən Aqrar İnnovasiya və Təchizat Şirkəti (AISCO) 2019-cu ildən fəaliyyətə başlamışdır.…