H HeadStartHeadStart

Government & International Relations Manager

Bakı Опубликовано 5 ч. назад Источник
Полная занятость 3–5 лет
Ежемесячная зарплата
₼2,800 – 3,200
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Təsvir

Vəzifə haqqında

HeadStart komandası dövlət qurumları, beynəlxalq təşkilatlar və strateji tərəfdaşlarla əlaqələrin qurulması və inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərəcək Government & International Relations Manager axtarır.

Bu vəzifənin əsas məqsədi təşkilatın dövlət və beynəlxalq əlaqələrini gücləndirmək, yeni əməkdaşlıq imkanlarını müəyyən etmək və təşkilatı yerli və beynəlxalq səviyyədə uğurla təmsil etməkdir.



Əsas vəzifələr

  • Dövlət qurumları, nazirliklər, agentliklər və digər rəsmi qurumlarla əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi;
  • Beynəlxalq təşkilatlar, donor qurumlar, səfirliklər, xarici universitetlər və digər beynəlxalq tərəfdaşlarla əməkdaşlığın təşkili və idarə olunması;
  • Strateji tərəfdaşlıqların yaradılması və yeni əməkdaşlıq imkanlarının araşdırılması;
  • Rəsmi məktubların, memorandumların (MoU), əməkdaşlıq müqavilələrinin və təqdimat materiallarının hazırlanması;
  • Təşkilatı dövlət və beynəlxalq səviyyəli görüşlərdə, forumlarda, konfranslarda və tədbirlərdə təmsil etmək;
  • Dövlət proqramları, beynəlxalq layihələr, qrant və əməkdaşlıq imkanlarını izləmək və dəyərləndirmək;
  • Xarici tərəfdaşlarla danışıqlar aparmaq və əməkdaşlıq prosesini koordinasiya etmək;
  • Təşkilatın strateji məqsədlərinə uyğun yeni layihələrin və tərəfdaşlıqların təşəbbüsünü irəli sürmək;
  • Rəhbərliyə əməkdaşlıqlar və xarici əlaqələr üzrə mütəmadi hesabatlar təqdim etmək.


Tələblər

Tələblər

  • Ali təhsil;
  • Azərbaycan və ingilis dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı; rus dili minimum B2 səviyyəsi;
  • Güclü təqdimat, ünsiyyət və danışıqlar aparmaq bacarığı;
  • Rəsmi yazışma qaydalarını və işgüzar etiketi mükəmməl bilmək;
  • Analitik düşünmə, təşəbbüskarlıq və nəticəyönümlü yanaşma;
  • Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Ezamiyyətlərdə iştirak etmək imkanı.


Biz təklif edirik

  • Dövlət və beynəlxalq səviyyəli layihələrdə iştirak imkanı;
  • Peşəkar və dinamik iş mühiti;
  • Karyera inkişafı və davamlı təlim imkanları;
  • Yerli və beynəlxalq tərəfdaşlarla geniş əməkdaşlıq şəbəkəsində çalışmaq imkanı;
  • Rəqabətqabiliyyətli əməkhaqqı və motivasiya sistemi.


H HeadStart
HeadStart

Head Start Career Development Center Inspiring, educating, and preparing you for a successful career! Our center is a place for those who want to move forward confidently, discover their calling, and…

Похожие вакансии

Смотреть все
Откликнуться