Head of Marketing
Режим работы Полная занятость Опыт 1–3 года Категория Маркетинг
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Vakansiyanın təsviri
- Şirkətin ümumi biznes məqsədlərinə uyğun marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi;
- Brendin mövqeləndirilməsi, tanınması və reputasiyasının gücləndirilməsi;
- İllik marketinq planının və büdcəsinin hazırlanması, icrasına nəzarət;
- Rəqəmsal marketinq, sosial media, PR, tədbir və reklam fəaliyyətlərinin idarə olunması;
- Bazarın, rəqiblərin və müştəri davranışlarının mütəmadi təhlili;
- Marketinq kampaniyalarının effektivliyinin KPI və analitik göstəricilər əsasında qiymətləndirilməsi;
- Satış komandası ilə əməkdaşlıq edərək satışın artırılmasına yönəlmiş marketinq layihələrinin hazırlanması;
- Xarici agentliklər, media və digər tərəfdaşlarla münasibətlərin idarə olunması;
- Rəhbərliyə mütəmadi hesabatların və inkişaf təkliflərinin təqdim olunması.
Xüsusi tələblər
- Marketinq, biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
- Marketinq sahəsində minimum 5 il iş təcrübəsi, bunun ən azı 2 ili rəhbər vəzifədə;
- Marketinq strategiyasının hazırlanması və icrası üzrə praktiki təcrübə;
- Brend idarəçiliyi, rəqəmsal marketinq və bazar araşdırmaları üzrə güclü biliklər;
- Büdcə və komanda idarəetmə bacarığı;
- Analitik düşüncə, strateji baxış və nəticəyönümlülük;
- Güclü liderlik, kommunikasiya və təqdimat bacarıqları;
- Azərbaycan dilində sərbəst, ingilis və rus dili biliyi üstünlükdür.
- İş yeri: Port Baku BM.
AZMADE GROUP