AzericardAzericard

: Helpdesk

Опубликовано 20 ч. назад Источник
ИТ
Ежемесячная зарплата
Зарплата по договорённости
Срок подачи
2 avqust 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir. Hal hazırda aktiv olan vakansiya: Helpdesk.

Vəzifəyə olan tələblər:

  • Ali təhsil (üstünlük texniki ixtisas);
  • İT sahəsində ən azı 1 illik iş təcrübəsi;
  • Windows əməliyyat sistemlərinə dair biliklər və işləmək bacarığı;
  • Şirkətin fəaliyyətində istifadə olunan sistemlərin quruluş və iş prinsiplərinin bilikləri;
  • Çox tapşırıqlı iş rejimində işləmə qabiliyyəti;
  • Azərbaycan və rus dili sərbəst, İngilis dili bilikləri (danışıq qabiliyyəti, texniki sənədlərin oxunub tərcümə olunması).

Vəzifə öhdəlikləri:

  • Şirkətdə istifadə olunan avadanlıqların işində xətalar və ya sıradan çıxma halları olduqda onların bərpa olunması üçün operativ tədbirlər görür;
  • Qəbul olunmuş tələbləri qeydiyyatdan keçirir, onların təhlilini aparır və departamentinin səlahiyyətli əməkdaşlarını məlumatlandırır;
  • İşçi stansiyalarının və şirkətin sistemlərinin istifadə olunmasında müəyyən edilmiş xətalar və görülmüş tədbirlər haqqında yuxarı rəhbərə vaxtında yazılı şəkildə məlumat verir;
  • İşçi stansiyalarının və cavabdeh olduğu sistemlərin təhlükəsizliyini təmin edir.

Namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

Azericard
Azericard
Maliyyə və sığorta fəaliyyəti

"Azərikard" MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir.…

Похожие вакансии

Смотреть все
Откликнуться