S Spektr GroupSpektr Group

Hidravlik Texnik

Опубликовано 13 ч. назад Источник
Инжиниринг
Ежемесячная зарплата
Зарплата по договорённости
Срок подачи
14 avqust 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

İş növü: Müqavilə əsasında

Ünvan: Salyan ş,15-km

Bu vəzifə üzrə işçi hidravlik sistemlərin və avadanlıqların yoxlanılmasına, nasazlıqların aşkar edilməsinə, texniki xidmətinin göstərilməsinə və təmir işlərinin həyata keçirilməsinə cavabdeh olacaq. Vəzifə öhdəliklərinə hidravlik sistemlərdə yaranan nasazlıqların aradan qaldırılmasına, hidravlik şlanqların və fitinqlərin dəyişdirilməsinə, təzyiq sınaqlarının və sistemlərin yuyulmasına, eləcə də bütün işlərin istehsalçının tələblərinə, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına uyğun şəkildə yerinə yetirilməsinə cavabdeh olacaq.

Əsas Vəzifə öhdəlikləri:

  • Hidravlik sistemlərdə yaranan nasazlıqların diaqnostikası və aradan qaldırılması;
  • Nasoslar, hidravlik mühərriklər, klapanlar və silindrlər daxil olmaqla hidravlik komponentlərin təmiri və əsaslı təmiri;
  • OEM (Original Equipment Manufacturer) tələblərinə uyğun olaraq hidravlik şlanqların yığılması;
  • Təzyiq və funksional sınaqların həyata keçirilməsi;
  • Görülən işlər üzrə dəqiq servis qeydlərinin aparılması və hesabatlar üçün zəruri məlumatların təqdim edilməsi;
  • Əməyin mühafizəsi, sağlamlıq və ətraf mühit (HSE) prosedurlarına, eləcə də şirkətin keyfiyyət standartlarına riayət olunmasının təmin edilməsi;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Tələblər:

  • Neft-qaz, ağır sənaye və ya oxşar sahədə Hidravlik Texnik kimi ən azı 3 il iş təcrübəsi;
  • Hidravlik sistemlərin quruluşu, iş prinsipi və nasazlıqların diaqnostikası üzrə güclü biliklər
  • Hidravlik şlanqların yığılması, krimpləmə avadanlıqları və təzyiq sınaq avadanlıqları ilə praktiki iş təcrübəsi
  • Hidravlik sxemləri və texniki sənədləri oxumaq və düzgün şərh etmək bacarığı
  • Yüksək təzyiqli sistemlərlə işləmək təcrübəsi
  • Hidravlik sistemlərlə bağlı təhlükəsizlik qaydaları və yığılmış enerji (stored energy) riskləri barədə yaxşı bilik;
  • Hidravlika sahəsində müvafiq peşə ixtisası və ya texniki təhsil.
  • Sahə işlərində zərurət yarandıqda ezamiyyətlətə acıq yanaşma.
  • Hidravlika sahəsi üzrə müqaviq sertifikatlara malik olması arzuolunandır.

Biz rəqabətqabiliyyətli əməkhaqqı və sosial təminat paketi, həmçinin şirkət daxilində peşəkar inkişaf və karyera yüksəlişi imkanları təklif edirik.

Əgər siz hidravlika sahəsinə maraq göstərən, yüksək motivasiyaya malik, məsuliyyətli və detallara diqqət yetirən bir mütəxəssissinizsə, sizi komandamıza qoşulmağa və bu maraqlı karyera imkanına müraciət etməyə dəvət edirik. CV-nizi, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

Müraciətinizi səbirsizliklə gözləyirik!

Похожие вакансии

Смотреть все