Göygöl Şərab Zavodu ASC | XAN AZ HoReKa üzrə satış təmsilçisi (ekspeditor)
О должности
Əmək funksiyası:
Hotel, restoran, kafe və şadlıq sarayları ilə əməkdaşlığın qurulması və şirkət tərəfindən istehsal olunan məhsullarlın onlara satılması;
Yeni məhsulların müştərilər tərəfindən tanınmasını və onların satış məntəqələrində satışını təmin etmək, bununla bağlı yaranan problemləri aradan qaldırmaq;
Müştərilərlə müqavilə bağlanmasını təmin etmək, onlarla işgüzar münasibətlər yaratmaq və davam etdirmək;
Ərazisindəki satış həcmi az olan nöqtələrində satış həcminın artırılması istiqamətində işlərin görülməsini təmin edir;
Nümayəndəsi olduğu satış bölgəsini yaxşı tanımaq, yeni müştəriləri müəyyən edərək onları şirkətə cəlb etmək;
Sifarişlərin qəbul olunması;
Müştəri məmnuniyyətini saxlamaq;
Ticarət nöqtələrinin inkişaf etdirilməsi;
Daxili nizamnamə və əmək müqaviləsi ilə müəyyən edilmiş şərtləri və öhdəlikləri vaxtında və səmərəli şəkildə yerinə yetirmək.
Tələblər:
Vakansiya bəy və xanım namizədlər üçün nəzərdə tutulub;
HoReKa sahəsində minimum 1 (bir) il iş təcrübəsi;
Spirtli içkilər kateqoriyası ilə iş təcrübəsi;
Namizədin şəxsi avtomaşınının olması mütləqdir;
Bakı və Bakı ətrafı əraziləri tanıması və müəyyən müştəri bazasının olması;
CV formasına ciddi riayət olunmalıdır (təhsil barədə dolğun məlumat yazılmalı, əvvəlki iş yerləri barədə dolğun məlumat yazılmalı, yaşayış yeri dəqiq göstərilməlidir, CV-də namizədin fotoşəkili yerləşdirilməlidir və s.);
İş şəraiti:
İş yeri Bakı
İş qrafiki: bazar ertəsi-cümə günləri, saat 09:00 - 18:00
Nahar fasiləsi 13:00 – 14:00
Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Mövzü yerinə “HoReKa” yazıb [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
