U Unibank ASCUnibank ASC

Hüquq meneceri

Bakı Опубликовано 5 ч. назад Источник
Полная занятость Юриспруденция
Ежемесячная зарплата
Зарплата по договорённости
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Təsvir

Hüquq komandamıza peşəkar bilik və təcrübəyə malik namizədləri dəvət edirik. Bu vəzifədə siz Bankın fəaliyyətinin hüquqi təminatının həyata keçirilməsində, hüquqi risklərin idarə olunmasında, strateji əhəmiyyətli hüquqi məsələlərin həllində və biznes qərarlarının qanunvericiliyin tələblərinə uyğun şəkildə dəstəklənməsində aktiv rol alacaqsınız.


Vəzifə öhdəlikləri


  • Bankın fəaliyyət istiqamətləri üzrə hüquqi təminat prosesinə dəstək verilməsi, hüquqi risklərin strateji səviyyədə qiymətləndirilməsi və risklərin azaldılması üzrə mexanizmlərin formalaşdırılması;
  • Yeni bank məhsulları, layihələr və biznes prosesləri üzrə hüquqi çərçivənin qurulması, hüquqi risklərin təhlilinin aparılması və müvafiq hüquqi strategiyaların hazırlanması;
  • Kompleks, yüksək dəyərli və strateji əhəmiyyətli müqavilələr üzrə (o cümlədən beynəlxalq müqavilələr) hüquqi ekspertiza prosesinin həyata keçirilməsi, bankın mənafelərinin maksimum qorunmasını təmin edən hüquqi mövqelər formalaşdırılması;
  • Bankın daxili korporativ aktlarının hazırlanmasına dəstək göstərilməsi;
  • Struktur bölmələr tərəfindən təqdim edilən hüquqi məsələlər üzrə hüquqi rəy verilməsi, biznes qərarlarının hüquqi risklər baxımından qiymətləndirilməsinin təmin edilməsi;
  • Qanunvericilikdə baş verən dəyişikliklərin davamlı monitorinqinə nəzarət edilməsi;
  • Xarici və yerli dövlət qurumları, tənzimləyici orqanlar və hüquq-mühafizə orqanları ilə hüquqi məsələlər çərçivəsində kommunikasiya və münasibətlərin idarə edilməsi;
  • Komanda üzvlərinin fəaliyyətinə nəzarət, iş yükünün bölüşdürülməsi və peşəkar inkişafının təmin edilməsi üçün tədbirlər görmək.


Tələblər

  • Hüquq sahəsində ali təhsil (magistr dərəcəsi üstünlükdür);
  • Azərbaycan Respublikasının mülki, bank, əmək, kommersiya və maliyyə qanunvericiliyini yüksək səviyyədə bilmək, tənzimləyici tələblərlə bağlı geniş praktiki təcrübəyə malik olmaq;
  • Yüksək riskli müqavilələr, korporativ əməliyyatlar, daxili normativ sənədlər və hüquqi strategiyalar üzrə dərin ekspertizaya malik olmaq;
  • Hüquqi risklərin idarə edilməsi, hüquqi komplayens sahəsində bilik və praktiki təcrübəyə malik olmaq;
  • Qanunvericilikdə baş verən dəyişikliklərin analitik təhlilini aparmaq və onların biznes qərarlarına təsirini əvvəlcədən proqnozlaşdırmaq bacarığı;
  • İngilis və ya Rus dili üzrə əla səviyyədə bilik (hüquqi sənədləri sərbəst hazırlamaq və danışıqlar aparmaq bacarığı);
  • Yüksək analitik düşüncə, strateji qərarvermə bacarığı və hüquqi hədəfləri biznesin məqsədləri ilə uzlaşdırmaq qabiliyyəti;
  • Çətin situasiyalarda qərar vermək, çoxfunksiyalı iş mühitində eyni vaxtda bir neçə tapşırığı koordinasiyalı şəkildə yerinə yetirmək bacarığı;
  • MS Office proqramları, süni intellect alətləri, hüquqi araşdırma bazaları və müqavilə idarəetmə sistemlərindən peşəkar istifadə bacarığı;
  • Korporativ hüquq, bank hüququ və ya müqavilə hüququ sahəsində minimum 5 il peşəkar iş təcrübəsi;
  • Güclü ünsiyyət və təqdimat bacarıqları.


Biz nə təklif edirik?

  • Peşəkar və dinamik bank mühitində karyera inkişafı imkanı;
  • Komanda daxilində bilik mübadiləsi və davamlı peşəkar inkişafın dəstəklənməsi;
  • Güclü komanda ruhu və müasir korporativ iş mühiti.



U Unibank ASC
Unibank ASC

Unibank – Azərbaycanın 1992-ci ilin iyul ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş ən iri özəl banklarından biridir. MBank ilə Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK-ın…

Похожие вакансии

Смотреть все
Откликнуться