Azerbaijan Poultry CompanyAzerbaijan Poultry Company

Hüquq məsləhətçisi

Опубликовано 20 ч. назад Источник
Юриспруденция
Ежемесячная зарплата
₼700+
Срок подачи
2 avqust 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Vakansiya haqqında məlumat:

  • Şirkətin qanunauyğun fəaliyyətini təmin edən qaydaların və proseduralara hüquqi rəy verilməsi;
  • Hakimiyyət dairələri və tənzimləyici orqanlarla əlaqələrin saxlanması;
  • Şirkətin maraqlarını müxtəlif müəssisə və təşkilatlarda, o cümlədən dövlət orqanlarında və məhkəmələrdə müdafiə etmək;
  • Hüquqi  sənədlərin hazırlanması və qanunvericiliyə uyğunluğunun yoxlanması;
  • Standart müqavilə formalarını hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək
  • Hüquqi rəylərin hazırlanması və məsləhətlərin verilməsi;
  • Hüquqi  sənədlərin qeydiyyat sistemini yaratmaq və hüquqi sənədlərin və aktların təhlükəsiz saxlanmasını təmin etmək;
  • İcra işlərinin reyestrinin aparılması, icra işləri üzrə qanunvericilikdə müəyyən edilmiş hüquqi tədbirlərin görülməsi; 
  • Şirkətin fəaliyyətinin hüquqi məsələlərində Hüquq şöbəsinin müdirinin göstəriş və tapşırıqlarını vaxtında yerinə yetirmək;
  • Şirkətin məhkəmə işlərinin aparılması və məhkəmə qərarlarının icrasının təqib edilməsi, o cümlədən iddiaların, ərizələrin, vəsatətlərin və s. sənədlərin hazırlanması, məhkəmə qərarlarından şikayətlərin verilməsi, məhkəmədə təmsilçilik, məhkəmə qərarlarının icrası ilə əlaqədar icra orqanları ilə ünsiyyətin saxlanması

Vəzifəyə dair tələblər:

  • Ali hüquq təhsili;
  • 1 il müvafiq sahə üzrə iş təcrübəsi ;
  • İngilis dili biliyi arzuolunandir;
  • MS Office proqramlarından istifadə qabiliyəti;
  • Nizam-intizamlı, məsuliyyətli, stressə davamlı;
  • Komanda şəklində işləmək bacarığı;

Əməkhaqqı: 700 AZN

Vakansiyaya uyğun olan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzuda Hüquq məsləhətçisi  yazaraq göndərə bilərlər.

Azerbaijan Poultry Company
Azerbaijan Poultry Company

Похожие вакансии

Смотреть все