"Azərbaycan Hava Yolları" QSC Hüquq Məsləhətçisi
Режим работы Полная занятость Категория Юриспруденция
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Təsvir
- Müqavilələrin, sazişlərin və digər hüquqi sənədlərin hazırlanmasını, hüquqi ekspertizasını və razılaşdırılmasını həyata keçirmək;
- Struktur bölmələr tərəfindən daxil olan hüquqi məsələləri araşdırmaq və qanunvericiliyə uyğun hüquqi rəylər hazırlamaq;
- Dövlət qurumları və digər təşkilatlarla hüquqi yazışmaları hazırlamaq və icra etmək;
- Şirkətin məhkəmələrdə, dövlət orqanlarında və digər təşkilatlarda maraqlarını təmsil etmək;
- Məhkəmə işlərini idarə etmək, iddia ərizələri, etirazlar, vəsatətlər və digər prosessual sənədləri hazırlamaq;
- Hüquqi mübahisələr üzrə strategiyanın hazırlanmasında və icrasında iştirak etmək;
- Şirkətin fəaliyyətinin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğunluğunun təmin edilməsinə dəstək göstərmək;
- Hüquqi riskləri müəyyən etmək, qiymətləndirmək və onların minimallaşdırılması istiqamətində tədbirlər həyata keçirmək.
Tələblər
- Hüquq ixtisası üzrə bakalavr təhsili;
- Hüquq sahəsində minimum 2 il iş təcrübəsi;
- Azərbaycan və ingilis dillərini yüksək səviyyədə bilmək, rus dili biliyinin orta səviyyədə olması üstünlük hesab olunur.
- Microsoft Office proqramlarından sərbəst istifadə bacarığı;
- Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;
- Danışıqların aparılması bacarığı;
- Analitik düşünmə və problem həll etmə bacarığı;
- Təqdimat bacarığı;
- Komandada effektiv işləmək bacarığı;
- Məsuliyyətli, dəqiq və etik iş prinsiplərinə sadiq olmaq.
İş qrafiki: 5 günlük
AHY 

"Azərbaycan Hava Yolları" QSC
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ölkənin mülki aviasiyası üzrə aparıcı qurumudur. Cəmiyyətin fəaliyyət istiqamətlərinə strateji planlaşdırma, beynəlxalq təhlükəsizlik və keyfiyyət…