AKB
Ежемесячная зарплата
Зарплата по договорённости
- Категория
- Юриспруденция
О должности
Vəzifə üzrə öhdəliklər və fəaliyyətlər:
- Müqavilə layihələrinin hazırlanması, hüquqi ekspertizasının aparılması və hüquqi rəylərin verilməsi;
- Struktur bölmələrinin fəaliyyətində qanunvericiliyə riayət olunmasının monitorinqi, hüquqi risklərin və pozuntuların müəyyən edilməsi, müvafiq təkliflərin hazırlanması;
- İT, məlumatların mühafizəsi, informasiya təhlükəsizliyi və rəqəmsal xidmətlərlə bağlı hüquqi məsələlər üzrə hüquqi rəy və tövsiyələrin hazırlanması;
- Əmr, təlimat, əsasnamə, standart və digər normativ xarakterli sənədlərin hüquqi ekspertizasının aparılması və hazırlanmasında iştirak;
- Şirkətin hüquq və qanuni maraqlarının məhkəmələrdə, dövlət orqanlarında və digər təşkilatlar qarşısında təmsil və müdafiə olunması;
- Hüquqi məsələlər üzrə rəhbərliyə və struktur bölmələrə məsləhət və tövsiyələrin verilməsi.
Tələb olunan səriştələr və bacarıqlar:
- Korporativ hüquq və informasiya texnologiyaları sahəsində qüvvədə olan qanunvericiliyi bilmək, bu sahələrdə baş verən hüquqi yenilikləri izləmək və tətbiq etmək bacarığı;
- Mürəkkəb hüquqi məsələlər üzrə hüquqi rəy vermək;
- Məhkəmə və digər dövlət orqanlarında işləri müstəqil şəkildə aparmaq;
- Müqavilələrin və digər hüquqi sənədlərin ekspertizasını həyata keçirmək;
- Hüquqi riskləri müəyyən etmək və onların idarə olunması üzrə təkliflər vermək;
- Güclü analitik və sistemli düşünmə qabiliyyəti;
- Aydın şifahi və yazılı ünsiyyət bacarığı;
- Komandada işləmək və effektiv əməkdaşlıq bacarığı;
- Liderlik və komandanın fəaliyyətini koordinasiya etmək bacarığı;
- Detallara diqqət və yüksək dəqiqlik;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı.
Vəzifəyə olan tələblər:
- Hüquq ixtisası üzrə ali təhsil;
- Azərbaycan dilini səlis, ingilis və rus dillərini yaxşı səviyyədə bilmək;
- Müvafiq sahədə iş təcrübəsi, minimum 2 il;
- Əlavə peşəkar təhsil və sertifikatların olması üstünlükdür.
Maraqlanan namizədlər CV-lərini mövzu olaraq “Hüquqşünas” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.