CO
Ежемесячная зарплата
₼1,500+
- Категория
- Юриспруденция
О должности
İş barədə məlumat:
- Şəhər: Bakı
- Əmək haqqı:1500-2500 Azn
Geniş məlumat:
- Hüquqi şəxslərin dövlət qeydiyyatı, yenidən təşkili və ləğvi ilə bağlı prosedurların həyata keçirilməsi;
- Nizamnamə, təsis qərarı, etibarnamə, protokol və digər korporativ sənədlərin hazırlanması;
- Şirkətin barəsində çıxarılmış məhkəmə qərarlarının icrası ilə bağlı zəruri tədbirləri görmək;
- Hüquqi risklərin müəyyən edilməsi və onların minimallaşdırılması üzrə təkliflərin verilməsi;
- Miqrasiya məsələləri üzrə müraciətlərin hazırlanması, təqdim edilməsi və proseslərin izlənilməsi;
- Şirkətin gündəlik fəaliyyətindən irəli gələn korporativ hüquq məsələləri üzrə hüquqi məsləhətlərin verilməsi və hüquqi risklərin qiymətləndirilməsi;
- Patent, əmtəə nişanı və digər əqli mülkiyyət obyektlərinin qeydiyyatı ilə bağlı sənədlərin hazırlanması və aidiyyəti qurumlara təqdim edilməsi;
- Müqavilələrin, hüquqi rəylərin, ərizə və müraciətlərin hazırlanması və hüquqi ekspertizasının aparılması;
Tələblər:
- Yaş: Fərqi yoxdur
- Cins: Fərqi yoxdur
- Təhsil: Ali
- İş təcrübəsi: 3-5 il
- Hüquq sahəsində ali təhsil;
- Hüquqşünas vəzifəsində minimum 3 il iş təcrübəsi;
- Hüquqi şəxslərin dövlət qeydiyyatı, korporativ dəyişikliklər, miqrasiya hüququ və əqli mülkiyyət hüququ (patentlər) sahələrində praktiki təcrübə;
- Müvafiq dövlət qurumları ilə işləmə və rəsmi prosedurların aparılması üzrə təcrübə;
- Müqavilələrin, ərizələrin, etibarnamələrin, hüquqi rəylərin və digər hüquqi sənədlərin hazırlanması bacarığı;
- Rus və İngilis dillərini sərbəst səviyyədə bilmək;
- Hüquqi araşdırma və təhlil aparmaq bacarığı;
- Məsuliyyətlilik, diqqətlilik, operativlik və yüksək təşkilatçılıq bacarığı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.