Hüquqşünas
Режим работы Полная занятость Опыт 1–3 года Категория Юриспруденция
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Vakansiyanın təsviri
Mövcud iş yeri:“Sabunçu Tibb Mərkəzi” publik hüquqi şəxs
Əməkhaqqı:Əməkhaqqı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.
- Müəssisəyə daxil olan normativ hüquqi aktların, müqavilə və digər sənədlərin hüquqi ekspertizasını aparmaq, qanunvericiliyə uyğunluğunu yoxlamaq;
- Müəssisənin struktur bölmələri tərəfindən hazırlanmış sənədlərin (əmr, məktub, arayış, sorğu, akt və s.) hüquqi baxımdan ekspertizasını həyata keçirmək;
- Daxili normativ sənədlərin hazırlanması, təsdiqi və təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
- Qanun pozuntuları aşkar edildikdə araşdırma aparmaq və müvafiq tədbirlərin görülməsini təmin etmək;
- Müəssisəni məhkəmə proseslərində və dövlət orqanlarında təmsil etmək, hüquqi maraqlarını müdafiə etmək;
- Müqavilələrin hazırlanması, hüquqi ekspertizası və icrası ilə bağlı məsləhətlər vermək;
- Müəssisənin struktur bölmələrinə hüquqi məsələlər üzrə rəylər təqdim etmək və yeni qəbul edilmiş aktlar barədə məlumatlandırmaq;
- Vətəndaş və təşkilatlardan daxil olan müraciətlərin qanunvericiliyə uyğun şəkildə baxılmasını təmin etmək.
Xüsusi tələblər
- Ali hüquq təhsili
- Sahə üzrə 1 ildən az olmayaraq iş stajı
- Kompüter bilikləri: Microsoft Office (sərbəst səviyyədə)
Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər:
- Komandada işləmə;
- Analitik araşdırma;
- Nəticəyönümlülük;
- Məsuliyyətlilik;
- İntizamlılıq;
- Dəqiqlik
Müraciət qaydası:
- Vakansiyaya son müraciət tarixi: 19.07.2026
- CV-lər [email protected] ünvanına göndərilməlidir;
- Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Sabunçu TM – Hüquqşünas” yazaraq göndərmələri xahiş olunur.
- Müraciətlər nəzərdən keçirilərək, yalnız yuxarıda göstərilən müraciət qaydalarına riayət edən və tələb olunan sənədləri təqdim edən namizədlərlə əlaqə saxlanılacaqdır.
TƏBİB