Sapphire İnn Hotel Baku İctimai ərazi xidmətçisi
О должности
Sapphire Inn Hotel-dən vakansiya: İctimai ərazi xidmətçisi tələb olunur
Vəzifə öhdəlikləri:
– Döşəmələrin (mərmər, xalça və s.) daim silinməsi, süpürülməsi və ya tozsoranlanması.
– Şüşə qapıların, pəncərələrin və güzgülərin üzərindəki əl izlərinin silinməsi.
– Ümumi tualetlərin hər zaman təmiz saxlanılması, sabun, kağız dəsmal və tualet kağızının vaxtında yenilənməsi.
– Zibil qutularının boşaldılması və təmizlənməsi.
– Mebellərin və bəzək əşyalarının tozunun alınması.
Namizədlərə tələblər:
– Təhsil: Vacib deyil
– İş təcrübəsi: Vacib deyil
– Yaş həddi: 18–65 arası namizədlər
İş şərtləri:
– İş qrafiki: 6 günlük iş həftəsi
– İş vaxtı: 13.00-dan 22.00-kimi
– İş yeri: Axundov bağının yaxınlığı
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 500 manat təşkil edir
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “İctimai ərazi xidmətçisi” yazaraq (051)207-63-31 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
