FCQ Ferrum Capital QSCFerrum Capital QSC

İlkin təqib üzrə kiçik mütəxəssis

Опубликовано 18 ч. назад Источник
Финансы
Ежемесячная зарплата
₼400+
Срок подачи
16 avqust 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Təsvir

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC İlkin təqib üzrə kiçik mütəxəssis vakansiyasını elan edir.

Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.

Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.

Vəzifə öhdəlikləri:

  • Gecikmədə olan faktorinq portfellərinin təqib edilməsi
  • Faktorinq xidməti üzrə gecikməsi olan müştərilərlə əlaqə yaradılması
  • Gecikmə səbəblərinin araşdırılması və sistemə qeyd edilməsi
  • Faktorinq üzrə ödənişlərin qaytarılmasının təmin edilməsi

Tələblər

  • 21-29 yaş aralığında gənclər
  • Ali təhsil
  • Əla səviyyədə azərbaycan dili (Rus dili biliyi üstünlükdür)
  • Stresə davamlılıq, təmkinlilik, tələbkarlıq
  • Çevik qərar qəbuletmə, nəticə yönümlülük

Əlavə məlumat

  • 5 günlük iş qrafiki: 09:00 – 18:00
  • Əmək haqqı: 400 Azn  + Bonus
  • Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

FCQ Ferrum Capital QSC
Ferrum Capital QSC
Maliyyə və sığorta fəaliyyəti

Ferrum Capital 2017-ci ildə yerli və xarici şirkətlərə maliyyə dəstəyi göstərmək məqsədiylə yaradılmışdır. Şirkətimizin əsas missiyası Azərbaycanın ilk müstəqil faktorinq şirkəti olaraq kiçik və orta…

Похожие вакансии

Смотреть все
Откликнуться