I
Ежемесячная зарплата
Зарплата по договорённости
- Категория
- Дизайн
О должности
Şəxsi layihələr üzrə əməkdaşlıq etmək üçün yaradıcı və məsuliyyətli freelance illüstrator axtarılır.
Vəzifələr:
- Müxtəlif mövzular üzrə illüstrasiyaların hazırlanması;
- Konsept və ideyaların vizual formada işlənməsi;
- AI alətlərindən istifadə etməklə yaradıcı vizual həllərin hazırlanması;
- Layihələr üzrə rəhbərlə koordinasiyalı şəkildə işləmək.
Tələblər:
- İllüstrasiya və rəqəmsal rəsm bacarıqları;
- Kreativ düşüncə və vizual ideyaları peşəkar şəkildə təqdim etmək bacarığı;
- Süni intellekt (AI) əsaslı dizayn və vizual yaratma alətləri ilə işləmək bacarığı;
- Adobe Illustrator proqramında sərbəst işləmək bacarığı;
- Adobe Photoshop və digər qrafik dizayn proqramları ilə işləmək bacarığı üstünlük hesab olunur;
- Tapşırıqları vaxtında, operativ və keyfiyyətli şəkildə yerinə yetirmək.
İş forması:
- Freelance (uzaqdan çalışma imkanı)
- Əməkdaşlıq layihə əsaslıdır.l
Əməkhaqqı:
- Müsahibə əsasında müəyyən ediləcək.
Müraciət etmək istəyən namizədlər CV və portfolio nümunələrini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər.
Vacib: Vakansiya qrafik dizayner deyil, illüstrator üçündür.
Əsas tələb namizədin rəssamlıq qabiliyyətinin olmasıdır.
İllüstrasiya, rəqəmsal rəsm, konsept-art və vizual hekayələndirmə üzrə təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
Bu vakansiya əvvəl də yerləşdirilib:
- 16 iyun 2026 (bu elan) · jobsearch.az
- 4 iyun 2026 · jobsearch.az