KredAqroKredAqro

İnformasiya Təhlükəsizliyi üzrə Mütəxəssis / Kiçik Mütəxəssis

Опубликовано 5 ч. назад Источник
Финансы
Ежемесячная зарплата
Зарплата по договорённости
Срок подачи
31 iyul 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Vəzifə haqqında

  • Şirkətimiz informasiya sistemlərinin təhlükəsizliyinin təmin edilməsi və kibertəhlükəsizlik tədbirlərinin həyata keçirilməsi istiqamətində komandamıza qoşulacaq məsuliyyətli və inkişaf yönümlü İnformasiya Təhlükəsizliyi üzrə Mütəxəssis / Kiçik Mütəxəssis axtarır.

Qeyd: Namizədin bilik, bacarıq və iş təcrübəsinə uyğun olaraq vəzifə səviyyəsi (Kiçik Mütəxəssis və ya Mütəxəssis) müəyyən ediləcək.

Əsas vəzifə öhdəlikləri

  • İnformasiya təhlükəsizliyi siyasət və prosedurlarının icrasında iştirak etmək.

  • İnformasiya təhlükəsizliyi insidentlərini izləmək, qeydiyyata almaq, araşdırmaq və nəticələri barədə hesabat hazırlamaq.

  • İstifadəçilərin informasiya sistemlərinə giriş hüquqlarının idarə edilməsində iştirak etmək.

  • Server, şəbəkə və informasiya sistemlərinin təhlükəsizlik vəziyyətini monitorinq etmək.

  • SIEM, EDR, DLP, Antivirus və digər təhlükəsizlik həllərinin gündəlik monitorinqini həyata keçirmək.

  • Təhlükəsizlik zəifliklərinin müəyyən edilməsi və aradan qaldırılması prosesində iştirak etmək.

  • Təhlükəsizlik üzrə audit və yoxlamalara hazırlıq işlərində iştirak etmək.

  • İnformasiya təhlükəsizliyi üzrə daxili sənədlərin hazırlanmasına və yenilənməsinə dəstək vermək.

  • İşçilərin informasiya təhlükəsizliyi üzrə maarifləndirilməsi tədbirlərində iştirak etmək.

  • Rəhbərlik tərəfindən verilən digər aidiyyəti tapşırıqları yerinə yetirmək.

Tələblər

Təhsil

  • İnformasiya Təhlükəsizliyi, İnformasiya Texnologiyaları, Kompüter Elmləri, Kibertəhlükəsizlik və ya əlaqəli sahə üzrə ali təhsil.

İş təcrübəsi

  • Kiçik Mütəxəssis vəzifəsi üçün 1 il müvafiq sahədə iş təcrübəsi arzuolunandır.

  • Mütəxəssis vəzifəsi üçün informasiya təhlükəsizliyi və ya informasiya texnologiyaları sahəsində minimum 2 il iş təcrübəsi tələb olunur.

Bilik və bacarıqlar

  • İnformasiya təhlükəsizliyinin əsas prinsipləri üzrə biliklər.

  • Windows və Linux əməliyyat sistemləri üzrə baza və ya orta səviyyəli biliklər.

  • TCP/IP, DNS, DHCP, VPN, Firewall və digər şəbəkə texnologiyaları üzrə anlayış.

  • Active Directory və istifadəçi hüquqlarının idarə olunması üzrə biliklər.

  • SIEM, EDR, DLP, IDS/IPS və digər təhlükəsizlik həlləri barədə ümumi anlayış.

  • Risklərin qiymətləndirilməsi və təhlükəsizlik insidentlərinin idarə olunması üzrə biliklər üstünlükdür.

  • Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı.

  • Azərbaycan dilində sərbəst, ingilis və rus dillərini bilmək üstünlük hesab olunur.

Sertifikatlar (üstünlükdür)

  • CompTIA Security+

  • ISO/IEC 27001 Foundation

  • Cisco CCNA

  • Microsoft SC-900 Security, Compliance and Identity Fundamentals

  • CEH (Certified Ethical Hacker) – üstünlük hesab olunur.

Şəxsi keyfiyyətlər

  • Analitik düşünmə qabiliyyəti.

  • Məsuliyyətli və diqqətli olmaq.

  • Məxfi məlumatlarla işləmək bacarığı.

  • Operativ qərar qəbul etmə bacarığı.

  • Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı.

  • Öyrənməyə açıq olmaq və peşəkar inkişaf istəyi.

  • Stressə davamlı və nəticəyönümlü olmaq.

İş şəraiti

  • Tam ştat.

  • 5 günlük iş qrafiki.

  • Rəqabətqabiliyyətli əməkhaqqı.

  • Təlim və sertifikatlaşma imkanları.

  • Karyera inkişafı perspektivi.

  • Peşəkar və dinamik iş mühiti.

Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər

Похожие вакансии

Смотреть все