HA
Ежемесячная зарплата
Зарплата по договорённости
- Категория
- Образование
О должности
Vəzifə haqqında:
- “Honours Academy” komandası tələbələrin ingilis dili üzrə real ünsiyyət, akademik hazırlıq və gündəlik istifadə bacarıqlarını sistemli şəkildə inkişaf etdirəcək, peşəkar və nəticəyönümlü “İngilis dili müəllimi” axtarır. Bu vəzifə dərs prosesinin keyfiyyətli təşkili, tələbə irəliləyişinin izlənilməsi və ingilis dili tədrisinin praktik yanaşma ilə aparılmasında mühüm rol oynayır.
Əsas Öhdəliklər:
- Tədris prosesi: İngilis dili dərslərini proqram, qrup səviyyəsi və tələbə ehtiyaclarına uyğun şəkildə keçmək;
- Dərs strukturu: Mövzuları aydın, sistemli və tələbələrin anlayacağı formada izah etmək, dərs prosesini praktik nümunələr üzərindən qurmaq;
- Praktik tətbiq: Tələbələrin danışıq, dinləmə və yazılı ifadə imkanlarını artırmaq üçün interaktiv tapşırıqlar, speaking activity-lər və praktiki məşqlər təşkil etmək;
- Tələbə inkişafı: Tələbələrin irəliləyişini izləmək, zəif tərəfləri müəyyən etmək və inkişaf üçün uyğun istiqamət vermək;
- Feedback: Dərs prosesi və tələbə nəticələri ilə bağlı qısa, aydın və faydalı feedback təqdim etmək;
- Koordinasiya: Tədris komandası ilə əlaqəli işləmək, dərs planı, qrup dinamikası və tələbə ehtiyacları üzrə məlumatları vaxtında paylaşmaq;
- Akademik intizam: Dərs cədvəlinə, tədris standartlarına və akademik qaydalara uyğun fəaliyyət göstərmək.
Tələblər:
- Minimum C1 səviyyəsində ingilis dili biliyi;
- İngilis dilində sərbəst, aydın və düzgün kommunikasiya bacarığı;
- İngilis dili tədrisi üzrə minimum 1 il iş təcrübəsi;
- General English, grammar və speaking istiqamətləri üzrə güclü tədris yanaşması;
- Tələbənin dil səviyyəsini düzgün qiymətləndirmə bacarığı
- Fərqli səviyyədə olan tələbələrlə işləmək və dərsi auditoriyaya uyğunlaşdırmaq;
- Dərs prosesində interaktiv və praktik yanaşmadan istifadə etmək bacarığı
- Punktual, məsuliyyətli və sistemli işləmək.
- İngilis dili, tərcümə, filologiya, dilçilik və ya tədris sahəsi üzrə ali təhsil;
- Peşəkar auditoriya ilə dərs keçmə təcrübəsi;
- IELTS, TOEFL, CELTA, TESOL, TEFL və ya digər beynəlxalq dil/tədris sertifikatları üstünlükdür;
Təkliflər:
- Professional və inkişaf yönümlü akademik mühit;
- Müasir və rahat tədris şəraiti;
- Davamlı inkişaf və daxili təlim imkanları;
- Performansa əsaslanan uzunmüddətli əməkdaşlıq perspektivi.
CV və qısa motivasiya məktubunuzu mövzu hissəsində “İngilis dili müəllimi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.