İngilis dili müəllimi (Naxçıvan filialı)
Опубликовано 1 дн. назад Источник ↗
Категория Образование
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Family School Naxçıvan filialına İngilis dili müəllimi tələb olunur! - İngilis dili müəllimi (General English & International Exam Preparation)
Təhsil sahəsində inkişaf etməyi hədəfləyən, tələbələrinin nəticələrinə məsuliyyətlə yanaşan və peşəkar komandamızın bir hissəsi olmaq istəyən müəllimləri Family School ailəsinə dəvət edirik.
Namizəddən tələblər
- İngilis dilini yüksək səviyyədə bilməli (akademik və praktik istifadə bacarığı).
- Güclü Speaking, Communication və təqdimat bacarığına sahib olmalı.
- Minimum 2 il müəllimlik təcrübəsi olmalıdır.
- IELTS, TOEFL, Duolingo, SAT English və digər beynəlxalq imtahanlara hazırlıq təcrübəsi üstünlük hesab olunur.
- Dərsləri planlı və sistemli şəkildə təşkil etməli, tələbələrin akademik inkişafını mütəmadi izləməlidir.
- Tələbələrin zəif və güclü tərəflərini müəyyən edərək onların inkişafı üçün fərdi yanaşma tətbiq etməlidir.
- Məsuliyyətli, punktual, operativ və çevik qərarvermə bacarığına sahib olmalıdır.
- Komanda ilə işləmək, təcrübə paylaşmaq və məktəbin akademik standartlarına uyğun fəaliyyət göstərmək bacarığı olmalıdır.
- Özünü daim inkişaf etdirməyə və yeni tədris metodlarını öyrənməyə açıq olmalıdır.
- Tələbələrin davamiyyəti, nəticələri və inkişafı ilə bağlı məsuliyyət hissi yüksək olmalıdır.
Əsas vəzifələr
- General English, Speaking və beynəlxalq imtahan hazırlıq dərslərinin keçirilməsi.
- Tələbələrin akademik inkişafının davamlı izlənilməsi və qiymətləndirilməsi.
- Dərs planlarının hazırlanması və tədris prosesinin effektiv idarə olunması.
- Müntəzəm sınaq imtahanlarının və qiymətləndirmələrin aparılması.
- Valideyn və akademik heyətlə əməkdaşlıq edərək tələbələrin inkişafına dəstək göstərilməsi.
İş yeri
- Family School – Naxçıvan filialı
İş qrafiki və əməkhaqqı
- İş qrafiki və əməkhaqqı namizədin təcrübəsinə, ixtisasına və iş yükünə uyğun olaraq müsahibə mərhələsində müzakirə ediləcək.
Maraqlanan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanımıza göndərmələri xahiş olunur. Müraciətlər nəzərdən keçirildikdən sonra yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə dəvət ediləcəklər.
Эта вакансия есть и на других сайтах
Ishly собирает весь рынок в одном месте — не нужно проверять каждый сайт отдельно.
FS 
Family School
Təhsil