Azekon Construction İnşaat Mühəndisi (İnzibati Bina Tikintisi)
Опубликовано 21 ч. назад Источник ↗
Категория Инжиниринг
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Vəzifə Öhdəlikləri
- İnzibati bina layihəsinin tikinti-quraşdırma işlərini layihə-smeta sənədlərinə və normativ tələblərə uyğun təşkil etmək və nəzarətdə saxlamaq;
- Tikinti işlərinin təsdiq edilmiş iş qrafikinə uyğun icrasını təmin etmək, yaranan gecikmələrin aradan qaldırılması üçün tədbirlər görmək;
- Podratçı və subpodratçı təşkilatların fəaliyyətini koordinasiya etmək;
- Tikinti meydançasında görülmüş işlərin həcmlərini yoxlamaq, ölçülərin və keyfiyyət göstəricilərinin layihəyə uyğunluğunu təmin etmək;
- Tikinti materiallarının, konstruksiyaların və avadanlıqların texniki tələblərə uyğunluğuna nəzarət etmək;
- Görülmüş işlər üzrə aylıq və dövri hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Layihə, texniki nəzarət və sifarişçi nümayəndələri ilə operativ işgüzar əlaqələri həyata keçirmək;
- Tikinti meydançasında əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək;
- Tikinti prosesində yaranan texniki problemləri müəyyən etmək və onların həlli ilə bağlı təkliflər hazırlamaq;
- Təhvil-təslim mərhələsində iştirak etmək, obyektin istismara qəbuluna dair sənədlərin hazırlanmasını təmin etmək;
- Tikinti işlərinin keyfiyyətinin qüvvədə olan tikinti norma və qaydalarına uyğunluğunu təmin etmək.
Tələb Olunan Bilik və Bacarıqlar
- İnşaat mühəndisliyi üzrə ali təhsil;
- Tikinti norma və qaydalarını, layihə-smeta sənədləri ilə işləmə qaydalarını bilmək;
- AutoCAD və MS Office proqramlarında işləmək bacarığı;
- Tikinti işlərinin təşkili və texniki sənədləşmə sahəsində təcrübə;
- Analitik düşünmə, problem həll etmə və komanda ilə işləmək bacarığı.
İş yeri və əmək haqqı
- Xankəndi şəhəri (Qarabağ bölgəsi)
- Yaşayış yeri və qida təminatı Şirkət tərəfindən qarşılanır.
- Həftəlik 6 günlük iş qrafiki, əmək haqqı birinci ay net - 1500 azn
Əlaqə: 051 270 66 10
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Azekon Construction