İnsan Kapitalı üzrə Biznes Partnyor
- Режим работы
- Полная занятость
- Категория
- HR
О должности
Təsvir
· İnsan Kapitalı strategiyasını biznes strategiyasına uyğunlaşdırmaq üçün departament rəhbərləri ilə əməkdaşlıq etmək və uyğun HR həlləri təklif etmək;
· Biznes istiqaməti üzrə illik İnsan Kapitalı tsiklini idarə etmək (vəzifə və əməkhaqqı artımları, bonuslar, imtiyazlar və s.);
· İşə qəbul, performans idarəetməsi, təlim və inkişaf, motivasiya sistemlərinin effektiv icrasına nəzarət etmək və onların təkmilləşdirilməsi üçün təkliflər vermək;
· İnsan resurslarının idarə olunması ilə bağlı analitik təhlillər aparmaq və rəhbərliyə əsaslandırılmış təkliflər təqdim etmək;
· Kadr ehtiyaclarını təhlil edərək istedadların cəlbi və idarə edilməsi strategiyalarını hazırlamaq;
· Rəhbərlər və əməkdaşlarla daimi ünsiyyətdə olmaq, heyət idarəçiliyinə dəstək vermək və işçi məmnuniyyətini artıracaq tədbirlər həyata keçirmək;
· İnsan Kapitalı üzrə metrikaları və trendləri analiz edərək HR strategiyasının inkişafı üçün yeni ideyalar təklif etmək;
· Əməkdaşların motivasiyasını və inkişafını təmin edəcək layihələr hazırlamaq və həyata keçirmək;
· İnsan Resursları prosedurlarının icrasına nəzarət etmək və onların təkmilləşdirilməsi üçün təkliflər vermək.
Tələblər
· Ali təhsil;
· HR sahəsində ən azı 3 il, HR Generalist və Recruiter rolunda minimum 1 il iş təcrübəsi, bank sektoru üstünlükdür;
· Rus və ya ingilis dilini yüksək səviyyədə bilmək;
· Əmək qanunvericiliyi tələbləri də daxil olmaqla, HR prinsipləri və praktikasının tətbiqi üzrə bilik və təcrübə;
· Güclü liderlik bacarıqları, yüksək şəxsi hədəflər qoyma və müstəqil işləmək bacarığı;
· Mükəmməl ünsiyyət və işgüzar münasibətlərin idarə edilməsi bacarığı;
· Güclü analitik və strateji düşünmə bacarığı;
· Vaxtın idarə edilməsi, təşkilatçılıq və prioritetləşdirmə bacarıqları;
· HR sertifikatı üstünlükdür.